İqtisadçı: Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, Azərbaycanda bir neçə aydır ki, Aİ-95 markalı benzinin istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır. Bu barədə Milli Məclisdə Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov bildirib.
O qeyd edib ki, hələ Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar siyahısına daxil edilməyib:
"Yaxınlarda Nazirlər Kabineti tərəfindən Aİ-95-i bu siyahıya salacaqlar. Aİ-98 markalı benzin isə bizdə istehsal edilmir. Ona görə onun qiyməti tənzimlənmir".
Qeyd edək ki, hazırda Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənir.
Bəs bu kimi qərarlar Aİ-95 və Aİ-98-in qiymətinə necə təsir edəcək?
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bu qərarın Aİ-98-ə heç bir adiyatı yoxdur:

"Yalnız Aİ-95 tənzimlənən qiymətlə satılacaq. Əslində hazırki bu qiymətləri SOCAR təyin edir. Həmin qurum da dövlətin müəssisədir və Azərbaycan İnvestisiya Holdinqinə tabedir. Oranın rəhbəri isə İqtisadiyyat Nazirliyidir. Qiymət tənzimləməsi sahəsində Tarif Şurası da dövlətin qurumudur. Yəni, vəziyyət dəyişməyib. Əlavə olaraq Aİ-95 markalı benzin 1.60 AZN-ə endirilib. Bu da məhsulun daxildə istehsal olunması ilə bağlıdır. Ümumiyyətlə, qiymət dəyişimləri benzinin neçəyə başa gələcəyindən asılı olacaq. Ona görə də qurumun dəyişməsi qiymətə təsir etməyəcək. Sadəcə olaraq bu növ benzinlər ölkədə istehsal olunmadığı üçün qiymətləri tənzimləyə bilmirdilər. Bir sözlə, hansı təşkilatdan alınırsa, razılaşdırılaraq qiymət təyin edilirdi".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 20 Noyabr 2024 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















