Icma.az
close
up
RU
İqtisadçı: “Süni intellekt və rəqəmsallaşmada milli maraqlar əsas prinsip olmalıdır”

İqtisadçı: “Süni intellekt və rəqəmsallaşmada milli maraqlar əsas prinsip olmalıdır”

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Elman Sadıqov: “Mehriban Əliyevanın üç mesajı Azərbaycanın rəqəmsal inkişaf yol xəritəsini müəyyənləşdirir”

""Rəqəmsal İnkişaf Şurasının ilk iclasında birinci vitse-prezident Mehriban Əliyevanın 3 önəmli sitatı ciddi təhlillər tələb edir. Birinci sitat budur ki, "Biz yaranan risklərə hazır olmalıyıq"". 

Bu sözləri Sherg.az-a açıqlamasında iqtisadçı Elman Sadıqov deyib.

Süni intellekt və texnoloji inkişafın bir sıra ölkələr üçün ciddi risklər formalaşdırdığını vurğulayan iqtisadçı hesab edir ki, bunlar təkcə hər gün mətbuatdan oxuduğumuz risklər deyil:

"Bu risklərin bir çoxu dövlətçilik, milli təhlükəsizlik, iqtisadi inkişaf və digər strateji istiqamətlər üzrədir. İndiyə qədər çeynənmiş klişe risklərdən əlavə digər strateji risklərin də müəyyənləşdirilib yumşaldılması üçün tədbirlərin görülməsi növbəti 3 ilin əsas prioritetlərindən biri olacaq! Digər sitat budur ki, "Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf sahəsində regionun liderinə çevirməkdir". Ortaya siyasi iradə qoyulub, vizyon müəyyən olunub. Səsləndirilən bu vizyonu gerçəkləşdirmək üçün düzgün strategiyanın müəyyən olunması doğru sualların qoyuluşundan keçir. 2022-ci ildə Özbəkistanda keçirilən beynəlxalq forumda iştirak edərkən yerli televiziya kanallarına verdiyim müsahibələrdə rəqəmsallaşmanın əsas prinsipləri ilə bağlı bir sıra sualları cavablandırmışdım. "Rəqəmsallaşma nədən başlayır?" sualına cavab olaraq vurğulamışdım ki, bu prosesin təməlində düzgün ekosistemin formalaşdırılması dayanır. "Düzgün ekosistemin qurulması üçün ilkin şərt nədir?" sualına isə cavabım belə olmuşdu ki, möhkəm təməlin yaradılması, data mədəniyyətinin formalaşdırılması, vahid məlumat reyestrlərinin qurulması və yalnız bundan sonra səmərəli inteqrasiyanın təmin edilməsi. Həmin müsahibələrdə rəqəmsallaşmanın ilk addımları, inteqrasiyanın əhatə dairəsi və hədəfləri, eləcə də bu sahənin inkişaf istiqamətləri barədə də ətraflı fikirlərimi bölüşmüşdüm".

İqtisadçı hesab edir ki, biz süni intellekt, rəqəmsallaşma və data mərkəzləri məsələlərində diqqətli olmalıyıq. O hesab edir ki, bunların hər bir ayrı-ayrı strateji yanaşma tələb edir, bir-birlərini ilkin deyil, son mərhələdə tamamlayır və tamamilə fərqli anlayışlardır:

" Bir də biz rəqəmsallaşma ilə rəqəmsal xidmətlərin də eyni çəkidə olmadığını nəzərə almalıyıq. Rəqəmsallaşma və xidmətlərin rəqəmsallaşması fərqli yanaşmalar tələb edir. Xidmətlərin rəqəmsallaşdırılması rəqəmsallaşmanın bir hissəsidir. Ən vacib məqam isə budur ki, data kültürü olmadan, datanı dərk etmədən, vacibliyini hiss etmədən bizim rəqəmsal inkişafda ciddi maneə və çətinliklərlə üzləşmək risklərimiz yüksəkdir. Üçüncü vacib sitata da toxunmaq istərdim. "Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır." Önəmli mesajdır. İqtisadiyyatda olduğu kimi bu sahədə də copy-paste yanaşması və ya bu məsələdə digər ölkələrin aktiv fazalarda cəlbi sonradan müəyyən fəsadlar yarada bilər. Biz ayrı-ayrı iqtisadiyyatlarda da bu fəsadları görürük. Biz bu sahədə nə ediriksə öz imkanlarımız, potensialımızla etməliyik. ABŞ, Çin başda olmaqla istisnasız olaraq bütün ölkələr, o cümlədən Türkiyə, Avropa ölkələri, Özbəkistan, Qazaxıstan, Ukrayna, Ermənistan, Gürcüstan, Baltikyanı və sair ölkələr bu sahədə müəyyən mərhələləri yalnız özləri öz milli maraqları çərçivəsində öz hesablarına həyata keçirirlər. Bu çox incə nüansdır".

E. Sadıqovun sözlərinə görə, ölkə Prezidentinin Fərmanı ilə yaradılmış bu Şura, Fərmanda qeyd olunan istiqamətlər, Şuranın iclasında Sədrin səsləndirdiyi fikirlər siyasi iradənin olduğunun bariz nümunəsidir:

"Siyasi iradənin olması icranın 50%-nin olması deməkdir. Qalan 50% düzgün icra isə qeyd olunan vizyonun gerçəkləşməsi üçün müəyyən olunacaq peşəkar yanaşma, strateji addım, taktika və hədəflərin düzgün seçimindən, yanaşma tərzlərindən və qurumlarda bu məsələlərin vəzifəsindən asılı olmayaraq hər kəs tərəfindən mənimsənilməsindən asılıdır. Düşünürəm ki, iclasda səsləndirilən mesajlar və qeyd etdiyim 3 sitat qoyulan tapşırıqları yerinə yetirərkən əsas strateji istiqamətlərə çevriləcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 İyul 2026 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri