Icma.az
close
up
RU
İqtisadçılar həbsdəki keçmiş deputatın əfv olunması üçün Prezidentə müraciət etdi

İqtisadçılar həbsdəki keçmiş deputatın əfv olunması üçün Prezidentə müraciət etdi

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda 28 May – Respublika Günü ilə əlaqədar əfv sərəncamının imzalanacağı gözlənilir. Əfv Komissiyası artıq toplantılarını yekunlaşdırıb və siyahı hazırlanaraq, prezidentə təqdim olunub. Lakin siyahıda neçə nəfərin və kimlərin adının olduğu açıqlanmır. Çünki kimləri əfv etməklə bağlı yekun qərarı vermək prezidentin müstəsna səlahiyyətində olan məsələdir.

Bizimyol.info xəbər verir ki, bu ərəfədə həbsdə olan keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirlinin də əfv olunması üçün Prezident İlham Əliyevə müraciət olunub.

Müraciətin müəllifi isə tanınmış iqtisadçılardır - Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov, İqtisad Universitetinin professoru Rasim Həsənov, Xəzər Universitetinin professoru İnqilab Əhmədov, İqtisadiyyat üzrə fəlsəfə doktoru Azər Mehtiyev, iqtisadçı ekspertlər Elçin Rəşid, Samir Əliyev, Zöhrab İsmayıl və Vahid Məhərrəmov.

“Nazim müəllim həm millət vəkili olduğu dövrdə, həm də sonrakı illərdə ictimai xadim, iş adamı kimi dövlətimizin, cəmiyyətimizin maraqları ilə bağlı olduqca faydalı işlər görüb. O, ictimai çıxışlarında ölkəmizin uğurlarını qeyd etməklə yanaşı, mövcud iqtisadi problemlərin həlli yollarını da həmişə göstərməyə çalışmış, təkliflər vermişdi. Bu da Sizin ölkəmizdə ictimai nəzarətin vacibliyi ilə bağlı çıxışlarınızda qoyulan tələblərə tamamilə uyğundur.

Nazim müəllim həmçinin biznes fəaliyyətində nümunəvi iş adamlarımızdan biridir. Öz fəaliyyətində qanunçuluğu, şəffaflığı ali dəyər hesab edərək təşviq edib, sahibkarların hüquqi maarifləndirilməsinə çalışıb, vergi intizamına dəvət edib”, - müraciətdə qeyd olunub.

İqtisadçılar vurğulayıb ki, Nazim Bəydəmirli hazırda 62 yaşındadır, ömrünün 2 ilə yaxınını həbsxanada keçirib, səhhətində ciddi problemlər var: “Sizdən xahiş edirik, həmişə olduğu kimi bu dəfə də humanism prinsiplərini rəhbər tutaraq, Milli Məclisin keçmiş üzvü, ziyalı, iqtisadçı-alim kimi onun fəaliyyətini, səhhətinin hazırki durumunu nəzərə alaraq, Nazim Bəydəmirlini əfv edəsiniz. Əvvəlcədən Sizə minnətdarlığımızı bildiririk”.

Xatırladaq ki, Nazim Bəydəmirli 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub. O, 2023-cü il iyulun 4-dən həbsdədir.

Sabiq deputat Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsilə təqsirli bilinərək, 8 il azadlıqdan məhrum edilib. İttihama əsasən, o, özünün də 30 faiz paya sahib olduğu “Avto Qarant” ASC-nin Müşahidə Şurasının sədri Ədalət Bağırovu intim görüntülərlə hədələyərək, 50 min manat pul tələb edib. Ondan 10 min manat pul alıb.

Nazim Bəydəmirli bu ittihamı qəbul etmir. O bildirib ki, uzun müddət Ədalət Bağırovdan müxtəlif dövlət orqanlarına şikayət edib, bununla əlaqədar səlahiyyətli şəxslərin qəbulunda olub. Onun sözlərinə görə, bununla bağlı sübutları da var.

Nazim Bəydəmirli bildirib ki, vaxtilə Gədəbəydən deputat olduğuna görə onu 2023-cü il iyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndindəki etiraz aksiyasının təşkilində ittiham ediblər. İqtisadçının sözlərinə görə, onun həmin etirazlara aidiyyəti olmayıb.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 May 2025 07:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri