Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

İqtisadi artım real rifaha çevrilməlidir İQTİSADÇI

İqtisadi artım real rifaha çevrilməlidir İQTİSADÇI

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"İqtisadi artımın statistik göstəricilərdə əks olunması hələ onun cəmiyyətin bütün təbəqələri tərəfindən hiss edilməsi demək deyil. Bir çox ölkələrin təcrübəsi göstərir ki, makroiqtisadi sabitlik və ÜDM-in artımı sosial rifahın yüksəlməsi ilə paralel getmədikdə, bu, həm sosial narazılıq yarada, həm də iqtisadi inkişafın dayanıqlılığına mənfi təsir göstərə bilər".

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, buna görə də əsas məsələ iqtisadi artımın inklüziv xarakter alması, yəni onun real gəlirlərə, məşğulluğa və həyat keyfiyyətinə çevrilməsidir: "Real gəlirlərin və alıcılıq qabiliyyətinin artması üçün ilk növbədə iqtisadiyyatın strukturunun şaxələndirilməsi vacibdir. Tək bir sektordan asılılıq uzunmüddətli perspektivdə həm riskləri artırır, həm də əmək bazarında keyfiyyətli iş yerlərinin sayını məhdudlaşdırır. Qeyri-neft sektorunun, xüsusilə sənaye, kənd təsərrüfatı, xidmətlər və yüksək texnologiyalar sahələrinin inkişafı daha geniş məşğulluq imkanları yarada və orta sinfin güclənməsinə şərait formalaşdıra bilər. Digər mühüm istiqamət əmək bazarında məhsuldarlığın artırılmasıdır. Təhsil sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılması, peşə hazırlığının gücləndirilməsi və innovasiyaların təşviqi həm əməkhaqlarının artmasına, həm də iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə xidmət edir. Paralel olaraq, kiçik və orta biznesin inkişafı üçün əlverişli biznes mühitinin yaradılması, kredit resurslarına çıxışın genişləndirilməsi və inzibati maneələrin azaldılması gəlirlərin daha geniş əhali qrupları arasında bölüşdürülməsinə imkan verir.

Sosial siyasət də bu prosesin ayrılmaz hissəsidir. Ünvanlı sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi, regionlararası inkişaf fərqlərinin azaldılması və infrastruktur layihələrinin genişləndirilməsi iqtisadi artımın sosial təsirini gücləndirir. Xüsusilə regionlarda iqtisadi fəallığın artırılması insanların yaşayış səviyyəsinə birbaşa təsir göstərən əsas amillərdəndir. Bu prosesdə dövlətin rolu strateji istiqamətlərin müəyyənləşdirilməsi, institusional islahatların həyata keçirilməsi və ədalətli rəqabət mühitinin təmin olunmasıdır. Bazar isə resursların səmərəli bölüşdürülməsi, innovasiya və investisiyaların təşviqi vasitəsilə iqtisadi dinamikanı təmin etməlidir. Vətəndaşların rolu isə iqtisadi fəallığın artırılması, sahibkarlıq təşəbbüslərinin genişləndirilməsi və insan kapitalının inkişafına yönəlmiş fərdi səylərlə bağlıdır. Ümumilikdə, iqtisadi artımın real rifaha çevrilməsi yalnız kompleks struktur islahatlar, effektiv idarəetmə və dövlət–bazar–cəmiyyət əməkdaşlığının balanslı şəkildə qurulması ilə mümkündür. Məhz bu halda iqtisadi göstəricilərdəki artım vətəndaşların gündəlik həyatında da hiss olunacaq və sosial sabitlik daha da möhkəmlənəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Fevral 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see303

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see300

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see278

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see275

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see254

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see251

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see242

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see236

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see234

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see230

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see227

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see217

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see208

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see204

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see203

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see190

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see187

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see182

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see182

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri