İqtisadi əlaqələrin qurulması istisna deyil
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir. Bu səfər iki ölkə arasında normal münasibətlər sisteminin formalaşması istiqamətində mühüm səfər kimi xarakterizə etmək olur.
Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, Şahin Mustafayev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir:
"Bu səfərin əsas məqsədi iki ölkə arasında iqtisadi əlaqələr və sərhədlərin delimitasiya -demarkasiyasinı müzakirə etməkdən ibarətdir. Ötən gün Pasinyan iki ölkə arasında sərhədlərin delimitasiya -demarkasiyasını yaxın perspektivdə başlanacağını qeyd edib.
Həmçinin iqtisadi əlaqələrin qurulması və hər iki ölkənin məhsullarının ticarəti razılaşdırılması istisna deyil.
Ermənistanda seçkilər yaxınlaşır və Paşinyanın qələbə əldə etməsi üçün ciddi müsbət proseslər lazımdır. Türkiyə və Ermənistan arasında sərhəd qapılarının açılması mümkün görünür".
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 29 Aprel 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















