Icma.az
close
up
RU
İqtisadi qüdrətimiz “Fitch” ekranında

İqtisadi qüdrətimiz “Fitch” ekranında

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxın illərdə qeyri-xammal sektoru və Orta Dəhliz Azərbaycanda ümumi daxili məhsul istehsalının artımında əsas hərəkətverici qüvvə kimi çıxış edəcək. Bu barədə beynəlxalq reytinq agentliyi “Fitch Rating”in “Sovereigns and Supranationals” bölməsinin direktoru Arvind Ramakşrinan məlumat verib.

O deyib ki, “Fitch” 2026-cı ildə Azərbaycanda real ÜDM artımını 2,5 faiz səviyyəsində proqnozlaşdırır ki, bu da ölkənin orta müddətli artım potensialına yaxındır. Artımın, ilk növbədə, qeyri-xammal sektorunun inkişafı və dövlət investisiyaları hesabına baş verəcəyini vurğulayan bölmə direktorunun sözlərinə görə, bu zaman neft hasilatının azalmağa davam etməsinə baxmayaraq, təbii qaz istehsalı dəstəkləyici rol oynayacaq.

Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları və nəqliyyat sektorunda da yaxşı artım perspektivlərinə malik olduğunu vurğulayan qurum rəsmisi daha sonra bildirib: “Nəqliyyat sahəsində əsas dəstək amilləri genişmiqyaslı dövlət investisiyaları və Orta Dəhliz çərçivəsində tranzit əməliyyatlarıdır. Son illərdə qeyri-xammal sektorunun artımı, həmçinin Qarabağda bərpa işləri hesabına əhəmiyyətli təkan alıb. Lakin kapital xərcləri pik həddə çatdıqca onların artıma təsiri azalacaq”.

Azərbaycanın “BBB-” səviyyəsində sabit proqnozla investisiya reytinqini qoruyub saxladığını diqqətə çatdıran bölmə direktoru bunu davamlı xarici balans və dövlət borcunun aşağı səviyyəsi ilə əlaqələndirib. O, həmçinin bildirib ki, Azərbaycanın dövlət maliyyəsi Dövlət Neft Fondunun və dövlət depozitlərinin əhəmiyyətli aktivləri hesabına maliyyələşmə çevikliyi və ödəmə qabiliyyəti ilə dəstəklənir.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Oktyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri