Icma.az
close
up
RU
İqtisadi siyasət xarici siyasətin tərkib hissəsi kimi birbirini balanslaşdırmalıdır

İqtisadi siyasət xarici siyasətin tərkib hissəsi kimi birbirini balanslaşdırmalıdır

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"İqtisadiyyatın siyasətə, siyasətin də iqtisadiyyata bağlılığı var. Hər ikisi bir-birini balanslaşdırmalıdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.

O bildirib ki, bu iki kateqoriya arasında balans pozularsa, təlatüm başlayır: "İqtisadi siyasət xarici siyasətin tərkib hissəsi kimi bir-birini balanslaşdırmalıdır. Azərbaycan xarici siyasət doktrinasında balanslaşdırıcı siyasət həyata keçirir. Azərbaycan regionda aparıcı dövlət olduğuna görə böyük güclərin diqqət mərkəzindədir. Eyni zamanda Cənubi Qafqaz region dövlətlərin maraq dairəsindədir. Bu baxımdan Azərbaycan xarici siyasətini daxili iqtisadi siyasəti ilə tarazlaşdırır və balanslaşdırır.

Azərbaycan Prezidentinin apardığı xarici və daxili siyasət Azərbaycanın iqtisadi siyasətində hesablanmış addımdır. Uzun müddət idi ki, Azərbaycanın 20% torpağı işğal altında idi. Cəmiyyətdə birmənalı şəkildə bu torpaqların azad edilməsi barədəsində tələblər olurdu. Azərbaycan Prezidentinin apardığı xarici siyasət bu torpaqları işğaldan azad etdi. Bunun üçün mütləq hərbi doktrina gücləndirilməlidir. Hərbi doktrinanın güclənməsi üçün Azərbaycanın iqtisadiyyatı, gəlirlərin əksər hissəsi bu sahəyə yönəldilməlidir. Bu baxımdan Azərbaycan sərvətinin, iqtisadi gəlirlərinin bir hissəsi bu səmtə yönəlmişdi. Azərbaycan cəmiyyətində də müəyyən sosial problemi olan insanlar da var. Bütün cəmiyyətlərdə belədir. Torpaqların azad edilməsi üçün mütləq Azərbaycan iqtisadiyyatının bir hissəsi hərbi doktrinanın güclənməsinə yönəlməli idi. Belə olan təqdirdə sosial vəziyyətin aşağı olması labüd idi.

Torpaqlar işğaldan azad edildi. 30 ildə Ermənistan işğal etdiyi əraziləri talan etdi. İndi də Azərbaycan iqtisadiyyatının bir hissəsi işğal olunmuş torpaqların azad edilməsinə yönəlib. Quruculuq işləri gedir, böyük miqdarda vəsait xərclənir. Azərbaycanın öz daxili potensialı hesabına quruculuq işləri gedir. Yenə də Azərbaycanda sosial vəziyyətə yönələn vəsait bu səmtə yönəlir. Azərbaycan Prezidentinin apardığı quruculuq siyasəti ilə bölgələrin inkişafı diqqət mərkəzində olan məsələlərdir. İqtisadiyyatın inkişafı üçün mütləq enerji təhlükəsizliyi təmin edilməlidir. İqtisadiyyatın əsas bazası enerjidir.
Azərbaycan Avropanın 10-a yaxın dövləti ilə iqtisadi əməkdaşlığını genişləndirir və yaşıl enerji ideyasının müəlliflərindəndir. Bu baxımdan Azərbaycan həm region dövlətlər, həm də qlobal güclərin də diqqətindədir. Azərbaycanın yeraltı və yerüstü sərvətləri kifayət qədərdir. Həm də Azərbaycanın kadr potensialı da kifayət qədərdir. Çünki iqtisadiyyatın inkişafı üçün mütləq şəkildə kadr potensialına da ehtiyac var. Azərbaycanda 9 iqlim qurşağı var. Aqrar sahənin inkişafı üçün münbit baza var. Bu sahənin inkişafı üçün də kadr potensialına ehtiyac var. Azərbaycanda xarici universitetlərin yaradılması və kadr yetişdirilməsi üçün xüsusi tələb var. İqtisadiyyatın inkişafı təkcə xammalla bağlı deyil. Bu baxımdan iqtisadiyyatı inkişaf etdirmək üçün mütləq kadr potensialı lazımdır. Bunun üçün ali məktəblərin yaradılması, kadrların hazırlanması qısa müddətdə olan məsələ deyil. Bu sahədə də kifayət qədər işlər görülməkdədir".

"Buna baxmayaraq Azərbaycanda sosial təminatı aşağı olan insanlar da var. Bu da dövlətin diqqət mərkəzindədir. Aztəminatlı ailələrə, işsizlərə dövlət qayğısı var. Azərbaycanın azad edilmiş ərazilərinə böyük miqdarda vəsait sərf olunur. Əgər bu vəsaitləri iqtisadiyyata qoysaq, təbii ki, daha çox nailiyyətlər əldə etmək olardı. Təəssüflər olsun ki, bədnam qonşularımız var. Ermənistan sürətlə silahlanmağa üstünlük verir. Azərbaycan özünü müdafiə etmək üçün hərbi gücünü yenə də gücləndirməlidir. Azərbaycanın gəlirlərinin bir hissəsi bu sahəyə yönəlir. Ona görə də, iqtisadiyyatda bir qədər geriləmələr yaranır. Ən başlıca məsələ xalqın, dövlətin təhlükəsizliyidir. Azərbaycan Prezidentinin apardığı xarici və daxili siyasət iqtisadi, hərbi, həm də digər sahələrdə özünü təsdiqləyir" - deyə o, əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Dekabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see461

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see199

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see198

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see188

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see178

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see178

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see144

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri