Icma.az
close
up
RU
İqtisadi tərəqqidə qeyri neft qaz sektorunun payı artır

İqtisadi tərəqqidə qeyri neft qaz sektorunun payı artır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

7 ayda bu sahədə 50 milyard manatlıqdan çox məhsul istehsal olunub

Son illər ölkəmizdə iqtisadi və sosial tərəqqinin əsas göstəricisi sayılan ümumi daxili məhsul (ÜDM) istehsalında müşahidə olunan artım meyilləri cari ilin ötən dövründə də davam edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 72 milyard 429,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Hazırda ölkəmizdə ÜDM-in hər nəfərə düşən həcmi 7076,9 manat təşkil edir ki, bu da dünyanın inkişaf etməkdə olan dövlətləri arasında yüksək göstərici sayıla bilər. Azərbaycanda ümumi iqtisadi artımın əsas hissəsi ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış neft strategiyasının uğurlu nəticələri hesabına təmin olunsa da, son illər qeyri-neft-qaz sektoru üzrə də xüsusi fəallıq nəzərə çarpır. Bu da Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir.

Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə ölkəmizin qeyri-neft-qaz sektorunda 18,4 milyon manatlıq məhsul istehsal olunduğu halda, 2024-cü ildə bu göstərici 85 milyard 712,4 milyon manat təşkil edib. Bir mühüm fakt da ondan ibarətdir ki, Azərbaycanın qeyri-neft-qaz ÜDM-i 2022-2024-cü illərdə hər il orta hesabla 6,6 faiz, ümumilikdə isə, 1,2 dəfə artıb.

Ölkə iqtisadiyyatının qeyri-neft-qaz sektorunun inkişafında müşahidə olunan sürətli artım tendensiyası 2025-ci ilin yanvar-iyul aylarında da davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 7 ayında qeyri-neft-qaz sahələri üzrə məhsul istehsalı 50 milyard 142,9 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artım deməkdir.

Bu ilin yanvar-iyul aylarında ölkə üzrə istehsal olunmuş ümumi daxili məhsulun 35 faizi iqtisadiyyatının əsas sahəsi sayılan sənayenin payına düşüb. Hesabat dövründə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 36,6 milyard manatlıq məhsul istehsal edilib. Bu ilin 7 ayında sənayenin neft-qaz sektorunda məhsul istehsalı 3,5 faiz azalsa da, qeyri-neft-qaz sahələrində əhəmiyyətli artım qeydə alınıb. Belə ki, yanvar-iyul aylarında sözügedən sahələrdə 11 milyard 515,6 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,5 faiz çoxdur.

Sevindirici haldır ki, son illər Azərbaycanda sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı həyata keçirilən mühüm tədbirlər, aparılan genişmiqyaslı islahatlar dünyanın aparıcı ölkələri, eləcə də nüfuzlu maliyyə qurumları tərəfindən birmənalı olaraq bəyənilir, təqdir olunur. Həmin qurumların ölkəmizin iqtisadi inkişafı ilə bağlı proqnozları da ümidvericidir. Məsələn, Dünya Bankının proqnozlarına görə, bu ilin sonunadək Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payının 2,6 faizdən çox olacağı gözlənilir.

Ekspertlərin fikrincə, hazırda neft sektorundan ölkə büdcəsinə daxilolmalar üstünlük təşkil etsə də, qeyri-neft sektorunun mühüm sahələri olan kənd təsərrüfatı, xidmət, tikinti, sənaye, turizm və digər sahələrdən, eləcə də enerji və qiymətli metalların ixracından, nəqliyyat və logistika sektorundan gələn tranzit haqları da büdcə gəlirlərinin formalaşmasında mühüm rol oynayır. Ötən il qeyri-neft sektorundan daxil olan gəlirlər hesabına ÜDM-də artımın baş verdiyini bildirən ekspertlər onu da bildirirlər ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın getdikcə yüksəlməsi ilə bu göstərici daha da yaxşılaşacaq.

Heç şübhəsiz, ölkə iqtisadiyyatının qeyr-neft-qaz sahələrində məhsul buraxılışının həcminin ilbəil artması ixracın strukturunda da özünü qabarıq şəkildə büruzə verir. Bu sahədə artım tendensiyası cari ilin ötən dövründə də davam edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən, yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz artaraq 2,1 milyard ABŞ dolları təşkil edib. Cari ilin təkcə iyul ayında qeyri-neft-qaz məhsullarının ixrac dəyəri 333,9 milyon dollar olub. Bu göstərici isə illik ifadədə 20 faiz artım deməkdir.

Qurumdan bildiriblər ki, son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 23,9 faiz artaraq 689 milyon ABŞ dolları olub. Bundan əlavə, hesabat dövründə kimya sənayesi məhsullarının ixrac dəyəri 45,2 milyon dollar və ya 30,4 faiz, şəkərin ixrac dəyəri 10,9 milyon dollar və ya 55,1 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 8,6 milyon dollar və ya 19,1 faiz, meyvə-tərəvəzin ixrac dəyəri 122,6 milyon dollar və ya 31,9 faiz, pambıq ipliyin ixrac dəyəri 2,6 milyon dollar və ya 18,2 faiz, çayın ixrac dəyəri isə 317 min dollar və yaxud 8,8 faiz artıb.

Göründüyü kimi, ölkəmizdə sosial-iqtisadi inkişafın sürətləndirilməsinə yönəldilmiş məqsədli dövlət proqramlarının qəbulu, əlverişli biznes mühiti, eləcə də uğurlu şaxələndirmə siyasəti qeyri-neft sektorunun ümumi daxili məhsulda payının getdikcə artmasına səbəb olacaq. Bunun da nəticəsində ixracda qeyri-neft mallarının payı ildən-ilə artacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Avqust 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri