Icma.az
close
up
RU
İqtisadiyyat İnstitutunda Milli Məclisin komitə sədri ilə görüş olub

İqtisadiyyat İnstitutunda Milli Məclisin komitə sədri ilə görüş olub

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 22 sentyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovla görüş keçirilib. Tədbirə İqtisadiyyat İnstitutunun aparıcı tədqiqatçıları ilə yanaşı, ölkənin bir sıra tanınmış iqtisadçıları da qatılıblar.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. İqtisadiyyat İnstitutunun baş direktoru professor Nazim Müzəffərli bildirib ki, görüşün məqsədi Milli Məclislə iqtisadçı alimlər, tədqiqatçılar arasında qarşılıqlı faydalı işgüzar əlaqələrin qurulması imkanlarını və perspektivlərini, ölkədə iqtisadi qanunvericiliyin formalaşdırılmasında tərəflərin bir-birlərindən gözləntilərini müzakirə etməkdir. Onun fikrincə, bu sahədə əməkdaşlıq bütövlükdə ölkəmizdə iqtisadi qanunvericiliyin təkmilləşdirilməsinə və qanun yaradıcılığı prosesinə mühüm fayda verə bilər.

Azər Əmiraslanov komitənin fəaliyyəti barədə ətraflı məlumat verib. O, Azərbaycanda həyata keçirilən iqtisadi islahatların qanunvericilik təminatı, iqtisadi qanunvericilik bazası, qanun yaradıcılığı prosesi və s. barədə danışıb. Xüsusən də qanun yaradıcılığı prosesinə akademik dairələrin, alimlərin, tədqiqatçıların cəlb olunmasının əhəmiyyətini və vacibliyini vurğulayıb. İslahatlara, iqtisadi siyasətə, iqtisadi qanunvericiliyin formalaşdırılmasına elmi dəstəyin, Milli Məclislə İqtisadiyyat İnstitutunun əməkdaşlığının zəruriliyini, bu əməkdaşlığın qanunların keyfiyyətini artıra biləcəyini, qanunvericilik bazasının təkmilləşdirilməsindəki rolunu qeyd edib.

Komitə sədri vurğulayıb ki, iqtisadi qanunvericilik həm də iqtisadi siyasətdir, onun elmi təminatına, bu sahələrin inteqrasiyasına ehtiyac var. İqtisadi qanunvericilik iqtisadi idarəetmənin və tənzimlənmənin əsas alətidir. Digər tərəfdən, iqtisadi qanunvericilik bazası biznesə təsiri baxımından dayanıqlı, sabit olmalıdır. Bu baxımdan dövlət qurumlarının fəaliyyətində, iqtisadi siyasətdə elmi aspektin təmin edilməsi mühüm amildir. Bunlarla yanaşı, ölkə parlamenti tərəfindən qəbul edilmiş qanunların iqtisadiyyata təsirlərinin qiymətləndirilməsi olduqca əhəmiyyətlidir ki, bu prosesdə də alimlərin iştirakı faydalı ola bilər.

Sonra suallar cavablandırılıb, geniş müzakirələr aparılıb. Xüsusən də iqtisadi qanunvericiliyin formalaşdırılması prosesinə akademik dairələrin cəlb edilməsi, Milli Məclisdə iqtisadi yönümlü qanunların müzakirəsində iqtisadçı alimlərin iştirakının təmin edilməsi məsələləri geniş müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri