İqtisadiyyat Nazirliyində şəhid övladları ilə görüş keçirilib
Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tədbirdə ölkəmizdə insan kapitalının inkişafı istiqamətində görülən işlər barədə müzakirə aparılıb
"Konstitusiya və Suverenlik İli" çərçivəsində İqtisadiyyat Nazirliyində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın övladları ilə görüş keçirilib. İqtisadiyyat Nazirliyinin və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkil etdiyi tədbirdə ali təhsil müəssisələrində təhsil alan şəhid övladları nazirliyin iş prosesi ilə tanış olublar. AYNA.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Vurğulanıb ki, müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı parlaq Zəfərin beş illiyi ölkəmizdə böyük qürurla qeyd edilir. Torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarından keçmiş şəhidlərimizin, döyüşlərdə iştirak etmiş əsgər və zabitlərimizin fədakarlığı əsl vətənpərvərlik nümunəsidir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ölkəmizin qlobal nüfuzunun artması və iqtisadi suverenliyinin daha da gücləndirilməsi üçün möhkəm bünövrə formalaşdırıb.
Tədbirdə ölkəmizdə insan kapitalının inkişafı istiqamətində görülən işlər barədə müzakirə aparılıb. Şəhid övladlarının maraq göstərdikləri istiqamətlər, inkişaf məqsədləri barədə fikirləri dinlənilib, tövsiyələr verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 07 Noyabr 2025 21:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















