Icma.az
close
up
RU
İqtisadiyyatda borc yarışı

İqtisadiyyatda borc yarışı

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Rusiya 2025-ci ilin sonunda G20 ölkələri arasında ən aşağı dövlət borcu nisbətinə malik ölkə kimi ön plana çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BMF) məlumat yayıb. 

Ölkənin ümumi dövlət borcu ümumi daxili məhsulun (ÜDM) 18 faizi səviyyəsində reallaşıb. Bunun 16,5 faizi mərkəzi hökumətə, qalan hissəsi isə regionlara məxsusdur.

Buna baxmayaraq, Rusiyada dövlət borcu nominal ifadədə artmağa davam edib. 2025-ci ildə borcun ümumi məbləği 21 faiz artaraq 35 trilyon 100 milyar rubla çatıb. Bu məbləğ təxminən 461 milyar 800 milyon dollara bərabərdir. Daxili borc 29 faiz artımla 30 trilyon 700 milyar rubla yüksəldiyi halda, xarici borc 15 faiz azalaraq 4 trilyon 500 milyar rubla düşüb.

2026-cı ilin əvvəli etibarilə xarici dövlət borcu 61 milyar 970 milyon dollar səviyyəsinə çataraq 2006-cı ildən bəri ilk dəfə 60 milyar dolları keçib. Ekspertlərin fikrincə, aşağı borc nisbəti maliyyə sabitliyi baxımından müsbət hesab edilsə də, iqtisadi artım və büdcə balansları baxımından diqqətli idarəetmə tələb edir.

"Vedomosti" qəzetinin xəbərinə görə, müqayisədə Türkiyə 23,5 faizlə ikinci yerdə qərarlaşıb. Səudiyyə Ərəbistanında bu göstərici 31,7 faiz, İndoneziyada 41 faiz, Avstraliyada isə 51 faiz olaraq hesablanıb. İqtisadçılar dövlət borcunun 60 faizdən aşağı olmasını ümumilikdə "təhlükəsiz səviyyə" kimi qiymətləndirirlər.

Bu həddi cüzi aşan ölkələr arasında Meksika 61,8 faiz və Almaniya 62,9 faizlə diqqət çəkib. Cənubi Afrika, Argentina, Hindistan, Çin və Braziliya kimi ölkələrdə borc nisbəti 100 faizdən aşağı qalıb. Ən yüksək borc yükü isə Yaponiyada 206,5 faiz, İtaliyada 137,1 faiz və ABŞ-də 123,9 faiz səviyyəsində ölçülüb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Aprel 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri