Icma.az
close
up
RU
“İrad bildirəndə deyirlər, onu ora qoyanın ağlı yoxdur” Fotolar

“İrad bildirəndə deyirlər, onu ora qoyanın ağlı yoxdur” Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Masazır 4 saylı uşaq bağçası ilə üzbəüz istiqamətdəki sərnişin dayanacağında avtobuslar sürücüləri sərnişinlərin minib-düşməsinə imkan vermir.

Bu iddia ilə qəsəbə sakinləri “Qafqazinfo”ya şikayət ünvanlayıblar.

Onların sözlərinə görə, sözügedən ərazidə avtobus dayanacağı nişanı quraşdırılsa da, heç bir marşrut avtobusu orada dayanmır.

“3 gündür ki, nəvəmi bağçaya gətirirəm. Demək olar, hər səhər sürücülərlə dava edirəm. Evimlə bağça arasında məsafə azdır, yaşlı adamam rahat olsun deyə avtobusa minirəm.

Həm də nəvəmə soyuq olmasın deyə. Amma 3 gündür ki, heç bir avtobus bağça ilə üz-üzə olan dayanacaqda saxlamır.

İrad bildirəndə isə deyirlər ki, bu yer dayanacaq üçün uyğun deyil, onu ora qoyanın ağlı yoxdur. Yaxşı, bu yer uyğun deyilsə, o nişan niyə var? Nə üçün həm pul verib, həm də 1 dayanacaqlıq yolu piyada gəlməliyəm? Bunun bir həll yolu olmalıdır. Artıq havalar daha da soyuyur, bir müddət sonra piyada gəlmək daha da çətinləşəcək. Bunun yağışı, qarı var”,- deyə qəsəbə sakini əlavə edib.

Başqa bir sakin eyni problemdən belə şikayətlənir:  

“Hər səhər övladımı bağçaya gətirəndə 1 dayanacaq əvvəl düşüb körpə uşaqla piyada gəlirəm. Bu həm vaxt itkisinə səbəb olur, həm də hava şəraiti pis olanda uşaq soyuqlayır. Dayanacaq nişanı varsa, nə üçün saxlamırlar? Etiraz edəndə də aqressiv cavab verirlər. Artıq əsəblərim korlanmasın deyə mübahisəni buraxıb piyada gəlməyi seçmişəm. Ya o nişanı götürsünlər, ya da qanunsuz hərəkət etməsinlər. Bu nişan orda varsa, o deməkdir ki, övladlarımız düşünülüb və onlar rahat çatsınlar deyə nişan bağça qarşısına qoyulub. Biz yararlana bilmədikdən sonra nə faydası var?”

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq.

Agentlikdən sorğumuza cavab olaraq bildirildi ki, sözügedən dayanacaq məntəqəsi sərnişin tələbatı nəzərə alınmaqla təşkil edilib.

“Avtobusların dayanması üçün şərait mövcuddur. Ərazidə fəaliyyət göstərən marşrut avtobuslarının daşıyıcılarına sürücülərin sərnişindaşıma qaydalarına əməl etmələrinə nəzarətin gücləndirilməsi, marşrutun hərəkət sxemi üzrə təyin olunmuş bütün dayanacaq məntəqələrində saxlamaları barədə tapşırıq verilib”,- deyə əlavə edilib.

Bəsti Məmməd


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri