İradə İbrahimova: İndi 3 mərtəbəli evdə yaşayırıq, qocalanda balaca evə köçəcəyik (Video)
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müğənni İradə İbrahimova şəxsi həyatı ilə bağlı səmimi açıqlaması ilə diqqət çəkib. Sənətçi həyat yoldaşı ilə birlikdə gələcəklə bağlı qurduğu planlardan danışıb.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, onlar tez-tez qocalıq illərini necə keçirəcəkləri barədə söhbət edir və birlikdə gözəl günlər yaşamağı arzulayırlar.
Müğənninin sözlərinə görə, gələcəkdə müxtəlif ölkələrə səyahət etməyi, turlara çıxmağı və adaları gəzməyi planlaşdırırlar. O qeyd edib ki, hazırda üçmərtəbəli evdə yaşasalar da, övladları böyüyüb öz həyatlarını qurduqdan sonra daha kiçik bir evə köçmək istəyirlər.
İradə İbrahimova əlavə edib ki, ən böyük arzularından biri dəniz kənarında yaşamaqdır. Sənətçi bildirib ki, həmin dövrdə həyat yoldaşı ilə birlikdə sakit həyat sürmək, balıq ovuna getmək və təbiətin qoynunda vaxt keçirmək istəyirlər.
Müğənninin gələcəklə bağlı bu səmimi etirafı izləyicilər tərəfindən maraqla qarşılanıb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:160
Bu xəbər 08 İyul 2026 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















