İrakli Kobaxidze: Belə hadisələr gürcü cəmiyyətinin Avropa bürokratiyasına inamını sarsıdır
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Mən Avropa İttifaqının səfirinə xatırlatmaq istəyirəm – üzvlük danışıqlarına başlanılmasını masaya qoyun və mən onu bu gün imzalayım.
Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında bildirib.
“Biz Avropaya inteqrasiya prosesini dayandırmırıq, Gürcüstanın 2030-cu ildə Avropa İttifaqına daxil olmasını təmin etmək üçün səylərimizi gücləndiririk. Bütün bunların fonunda Avropa İttifaqının səfirinin radikal müxalifətin və onun QHT-lərinin, media orqanlarının həyata keçirdiyi dezinformasiya kampaniyasına cəlb olunması utancverici və narahatedicidir. Belə hadisələr gürcü cəmiyyətinin Avropa bürokratiyasına inamını ciddi şəkildə sarsıdır”, - deyə Kobaxidze qeyd edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 01 Dekabr 2024 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















