İrakli Kobaxidze: Bəzi qeyri ciddi bəyanatlara baxmayaraq, seçkilər dinc şəraitdə keçəcək
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tbilisi, 26 sentyabr, AZƏRTAC
Biz inanırıq ki, bəzi qeyri-ciddi bəyanatlara baxmayaraq, oktyabrın 4-də seçkilər dinc şəraitdə keçəcək və ölkənin sabit inkişafı davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Baş nazir İrakli Kobaxidze Gürcüstan Biznes Assosiasiyasının konfransında çıxışı zamanı söyləyib. Gürcüstanın Baş naziri qeyd edib ki, biznes üçün sabit siyasi və iqtisadi mühitin təmin edilməsi üçün bütün səylər göstəriləcək.
"Bu gün bizim vəziyyətimiz sakitdir. Təbii ki, sülh və sabitlik həm hökumət, həm də biznes üçün əsas siyasi əhəmiyyət kəsb edir. Biz buna cavabdehik və sizin iqtisadi fəaliyyətinizi təmin etmək üçün bütün mümkün olan hər şeyi edəcəyik", - deyə İ.Kobaxidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 26 Sentyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















