İrakli Kobaxidze: “Bəzi QHT lər açıq şəkildə inqilabi proseslərdə iştirak edirlər”
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Tbilisi, 2 oktyabr, AZƏRTAC
“Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) bəzi şəbəkələr vasitəsilə ölkədə radikal ssenarilərin hazırlandığını müəyyən edib. Bu planlar hələ həyata keçirilməyib”.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.
Onun sözlərinə görə, "Şəffaflıq haqqında” qanunun tətbiqindən sonra vəziyyət çox dəyişib, ölkədə radikalizm və qütbləşmə səviyyəsi aşağı düşüb.
“İndi onlar radikal fəaliyyətləri dolayı yolla maliyyələşdirməyə çalışırlar, baxmayaraq ki, onların resursları nisbətən məhduddur. Bəzi QHT-lər açıq şəkildə inqilabi proseslərdə iştirak edirlər. Onlar 2022-ci ilin iyununda baş verən siyasi proseslərdən sonra daha da fəallaşıblar. O vaxtdan bəri onlar inqilabi proseslərə açıq şəkildə cəlb olunublar. Bu, Avropa mənbələri vasitəsilə davam edir və əlbəttə ki, çox üzücüdür”, - deyə Kobaxidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

