İrakli Kobaxidze Finlandiya XİN rəhbərinin dəvətini rədd edib
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze heç bir ölkədə, o cümlədən Finlandiyada qanunsuz aksiyada iştirak etmək niyyətində olmadığını bəyan edib.
"Report" xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
"Bilmirəm, o məni qanunsuz aksiyaya dəvət edir ya yox – bu, onun öz işidir, amma mən heç bir ölkədə, o cümlədən Finlandiyada qanunsuz aksiyada iştirak etmək fikrində deyiləm", - o, ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Finlandiyaya səfər etmək və öz istəyinə uyğun olaraq istənilən nümayişdə iştirak etməklə bağlı dəvətinə münasibət bildirərkən vurğulayıb.
İ.Kobaxidze hesab edir ki, cəmiyyət ATƏT-in himayəsi altında Gürcüstana gələn və öz hərəkətləri ilə ölkənin daxili siyasi proseslərinə müdaxilə edən Finlandiya xarici işlər nazirinin diplomatik normaları pozmasının şahidi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 17 Oktyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















