İrakli Kobaxidze: Sülh hər bir ölkənin birləşməsi və inkişafı üçün əsasdır
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tbilisi, 30 aprel, AZƏRTAC
Bu gün dünya, o cümlədən Cənubi Qafqaz regionu bir sıra çətin sınaqlarla üzləşib. Belə bir vaxtda Gürcüstan hökuməti ardıcıl sülh siyasətini davam etdirir. Sülh hər bir ölkənin birləşməsi və inkişafı üçün əsasdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Vazianidə Gürcüstan Müdafiə Qüvvələrinin yaradılmasının 35-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib.
Hökumət başçısının sözlərinə görə, hazırda ölkənin müdafiə qüvvələri institusional cəhətdən əvvəlkindən daha güclüdür.
"Gürcüstan ordusu həmişə torpaqlarımızı və sularımızı, xalqımızın təhlükəsizliyini qorumağa hazırdır", - deyə Kobaxidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 30 Aprel 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















