Icma.az
close
up
RU
İrakli Kobaxidze: Ukraynanın Gürcüstana kobud münasibəti narahatedicidir

İrakli Kobaxidze: Ukraynanın Gürcüstana kobud münasibəti narahatedicidir

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Ukrayna hakimiyyətinin Gürcüstana qarşı kobud münasibəti narahatedicidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib. Baş nazir deyib ki, ötən həftə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iki Ukrayna vətəndaşının külli miqdarda “heksogen” partlayıcı maddə ilə saxlanması barədə məlumat yayıb. DTX-nin məlumatına görə, həmin maddənin son çatdırılma məntəqəsi Tbilisidəki ev olub və partlayıcı maddələr Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılanlara təhvil verilib. Onun sözlərinə görə, media partlayıcıların oktyabrın 4-də keçirilən etiraz aksiyasında istifadə edilməsinin planlaşdırıldığını iddia edir.

“Ukrayna hakimiyyətinin ölkəmizə qarşı belə kobud münasibət sərgiləməsi çox təəssüf doğurur. Qalan təfərrüatları Dövlət Təhlükəsizlik Xidməti araşdırmalıdır. İşdə iştirak edən konkret şəxs, saxlanılan şəxs birbaşa Ukraynanın Təhlükəsizlik Xidmətindən tapşırıq aldığını bildirib. Bu maddənin son təyinat məntəqəsinin Tbilisi olduğu bilinəndə, bu işin arxasında hansı niyyətlərin dayandığı ilə bağlı suallar doğur”, – deyə Kobaxidze bildirib.

Qeyd edək ki, məlumata görə, Ukraynadan gələn partlayıcılar Rumıniya, Bolqarıstan və Türkiyə vasitəsilə Gürcüstana çatdırılıb. Gürcüstan DTX ölkə ərazisində həm avtomobilin sürücüsünü, həm də əlaqə saxladığı şəxsi saxlayıb. Axtarışlar zamanı saxlanılan şəxslərin üzərindən 8 ədəd mobil telefon, 1 ədəd kompüter, elektron daşıyıcı, külli miqdarda nağd pul, müxtəlif ölkələrdən SİM kartlar, kokain aşkar edilib.“Partlayıcı maddələrin qanunsuz əldə edilməsi, saxlanması və daşınması” və “Narkotik vasitələrin qanunsuz dövriyyəsi” maddələri üzrə araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Sentyabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə mükafat – Rəsmi əmr FOTO

15 Sentyabr 2025 18:42see6120

İsrailin addımları artıq bütün dünyada narahatlıq yaradıb ŞƏRH

15 Sentyabr 2025 19:52see389

TƏHSİLƏ GÖRƏ NARAHAT OLMAYIN: heç nə yaxşı olmayacaq

15 Sentyabr 2025 23:28see350

Ülviyyə Fətəliyeva Grand Swiss də ilk onluğa daxil olub

15 Sentyabr 2025 20:32see271

Hindistanda qəzaya uğrayan təyyarədə sağ qalan yeganə şəxs evinə qayıda bilmir

15 Sentyabr 2025 20:51see194

Azərbaycan Ordusu Vətən müharibəsi dönəmindəki ordudan daha güclüdür

15 Sentyabr 2025 17:41see184

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

15 Sentyabr 2025 21:39see160

Ramzan Kadırovun 17 yaşlı oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu

16 Sentyabr 2025 03:45see153

İsrail ordusu Nəbatiyəni vurdu: Hədəf...

15 Sentyabr 2025 23:45see148

Mehinin toyu olacaq

15 Sentyabr 2025 21:33see142

Stanislav Lemin fantastik ideyası reallığa çevrilir: Ağıllı toz dövrü başlayır

16 Sentyabr 2025 04:19see140

20 min dollarlıq analıq: Təklifi qəbul etsəniz...

15 Sentyabr 2025 18:12see135

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

16 Sentyabr 2025 00:17see133

“İsrail regional təhlükəsizliyə birbaşa təhdiddir” BMT yə üzvlüyünün dondurulması tələb edildi

15 Sentyabr 2025 21:27see132

Trampın səfəri zamanı dron uçurdular Həbs edildilər

17 Sentyabr 2025 07:44see132

Rummenigge: Top klublar Çempionlar Liqasının yeni formatınından dərs çıxarıblar

16 Sentyabr 2025 21:17see128

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin tikintisi başa çatır FOTO VİDEO

16 Sentyabr 2025 19:23see128

İtaliya NATO nun şərq cinahını gücləndirmək üçün keçirəcəyi əməliyyatda iştirak edəcək

16 Sentyabr 2025 01:16see128

Qarabağ Benfika ilə matçda hesab arasındakı fərqi azaldıb YENİLƏNİR

16 Sentyabr 2025 23:35see127

Qvardiolanın taktikası, Flikin heyəti idarə etməsi, Kloppun ünsiyyəti və Naqelsmannın geyim tərzi ideal məşqçi təsviri

16 Sentyabr 2025 00:02see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri