İrakli Qaribaşviliyə qarşı ittiham irəli sürülməyib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hazırkı mərhələdə Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşviliyə qarşı ittiham irəli sürülməyib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə onun vəkili Lili Gelaşvili yerli mediaya açıqlamasında bildirib.
O, qanunsuz gəlir əldə etmə və korrupsiyanın ayrı-ayrı anlayışlar olduğunu qeyd edib.
Vəkil İ.Qaribaşvilinin məsələ ilə bağlı yaxın günlərdə xüsusi bəyanatla çıxış edəcəyini deyib.
Qeyd edək ki, İ.Qaribaşvili bu gün Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirilib. O, illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib.
Xatırladaq ki, İ.Qaribaşvili Gürcüstanın Baş naziri vəzifəsini 2013-2015 və 2021-2024-cü illərdə tutub. O, 2024-cü ilin fevralın 1-də hakim “Gürcü Arzusu” partiyasının sədri seçilib, bu ilin aprelin 25-də vəzifəsini tərk edərək siyasətdən getdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 22 Oktyabr 2025 21:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















