Icma.az
close
up
RU
İran 2 milyona yaxın qaçqını Əfqanıstana qaytaracaq

İran 2 milyona yaxın qaçqını Əfqanıstana qaytaracaq

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 18 avqust, AZƏRTAC

İranın daxili işlər naziri İsgəndər Mömini bazar ertəsi günü bildirib ki, 1,2 milyondan çox əfqan artıq Xorasan əyalətinin sərhədindən keçərək ölkəni tərk edib və 2 milyona yaxın qeyri-qanuni miqrantın mərhələli şəkildə Əfqanıstana geri qaytarılması planlaşdırılır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, daxili işlər nazirinin sözlərinə görə, ən çox ölkəni tərk edən əfqanlar Xorasan vilayəti ilə sərhəddə qeydə alınıb. İndiyədək 1 milyon 200 min Əfqanıstan vətəndaşı İranı tərk edib və 2 milyon qeyri-qanuni miqrantın mərhələli şəkildə geri qaytarılması məsələsi gündəmdədir.

İranlı nazir bu gün Məşhəd şəhərinə işgüzar səfəri zamanı bəyan edib ki, əcnəbi vətəndaşların vəziyyətinin nəzərdən keçirilməsi və ölkə sərhədlərinin idarə olunması üçün xüsusi iclas keçiriləcək. O bildirib ki, Daxili İşlər Nazirliyinin ən mühüm proqramlarından biri sərhədlərin bağlanması və qeyri-qanuni əcnəbilərlə işin təşkili prosesinin öyrənilməsidir ki, bu məsələ avqustun 18-də axşam saatlarında Məşhəddə milli və regional qurumların iştirakı ilə keçiriləcək iclasda müzakirə olunacaq.

O, miqrantlara nəzarətin zəruriliyini vurğulayaraq əlavə edib ki, nəzərdə tutulan proqrama əsasən, birinci mərhələdə ölkəyə sənədsiz daxil olmuş iki milyona yaxın qeyri-qanuni miqrantın geri qaytarılması nəzərdə tutulur. “Hazırda İranda altı milyondan çox Əfqanıstan vətəndaşı var və təbiidir ki, əhalinin bu qrupuna nəzarət ciddi milli və beynəlxalq əməkdaşlıq tələb edir”, -deyə iranlı nazir vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Avqust 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri