İran 60 faizə qədər zənginləşdirilmiş urandan imtina etməyə hazırdır
Icma.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ-la razılaşma əldə olunacağı təqdirdə, respublika 60 faizə qədər yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyə hazırdır. Oxuməni az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.
“Bəli. Beynəlxalq hüquq çərçivəsində və Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə (NPT) əsasən, bizdən beynəlxalq normaların tələb etdiyi bütün şərtlərə əməl edəcəyik. Biz danışıqlar apardıq və bu materialın ehtiyatlarını əhəmiyyətli dərəcədə azaltmağa, onu durulaşdırmağa hazır idik”, – Məsud Pezeşkian deyib.
İran Prezidenti əlavə edib ki, İslam Respublikası heç vaxt nüvə bombası yaratmağa çalışmayıb.
“Biz heç vaxt nüvə silahına sahib olmağa çalışmamışıq. Biz nüvə silahlarının yayılmaması haqqında müqaviləyə əməl etmək istəyirik”, – Məsud Pezeşkian bildirib.
O xatırladıb ki, həlak olmuş İranın ali lideri Əli Xamenei dəfələrlə nüvə silahının yaradılmasının dini göstərişlərə zidd olduğunu, kütləvi qırğın silahlarına sahib olmağın isə dini baxımdan qanunsuz sayıldığını bəyan edib.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 25 Sentyabr 2026 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















