İran 7 ildən sonra neft hasilatı rekordunu qırdı
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İranın 7 ildir qırılmayan neft hasilatı rekordu yenilənib.
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, bu barədə energetika naziri Paknejad açıqlamasında bildirib.
Onun sözlərinə ghörə, ölkənin neft yataqlarında aparılan işlər nəticəsində neft hasilatına aid rekord təzlənib.
Daxili qazma, quyulara texniki qulluq və təmir, “Azadeqan” yatağının bir hissəsinin hasilata verilməsi sayəsində hasilatın əhəmiyyətli artımına nail olunub.
Paknejad "Son yeddi ildə müəyyən edilmiş istehsal rekordunu geri qaytarmağa müvəffəq olduq" deyib.
"Neft-mədən qruplarımız tərəfindən yaxşı planlaşdırılmış daxili qazma işləri və yerüstü qurğuların təkmilləşdirilməsi sayəsində biz hasilatı artırmışıq. Bundan başqa, "Azadeqan" yatağının istismar qabiliyyətinin bir hissəsi işə salınıb. Bütün bu amillər hasilatın nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub", - nazir söyləyib.

