Icma.az
close
up
RU
İran ABŞ danışıqları: Maskat görüşü nə vəd edir? MÜSAHİBƏ

İran ABŞ danışıqları: Maskat görüşü nə vəd edir? MÜSAHİBƏ

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran və ABŞ arasında uzun illərdir davam edən nüvə qarşıdurması növbəti diplomatik mərhələyə qədəm qoyur. İyunun 15-də Omanın paytaxtı Maskatda baş tutacaq dolayı danışıqlar regionda yeni geosiyasi gedişlərin anonsu kimi qiymətləndirilir.

Prosesin mümkün nəticələri və regional təsirləri barədə Bakıvaxtı.az-ın suallarını politoloq Züriyə Qarayeva cavablandırır.

- Maskatda keçiriləcək İran-ABŞ danışıqları hansı kontekstdə baş tutur?

- İyunun 15-də Omanın paytaxtı Maskatda İran və ABŞ arasında dolayı danışıqların növbəti raundu keçiriləcək. Bu görüş 2015-ci il nüvə sazişindən (JCPOA) ABŞ-nin birtərəfli çıxmasından sonra tərəflər arasında illərdir davam edən diplomatik durğunluğu aradan qaldırmaq məqsədi daşıyır. ABŞ İranın nüvə silahı istehsalına yaxınlaşmasını dayandırmaq üçün yenidən danışıqlara maraq göstərir, İran isə sanksiyaların yumşaldılmasında israrlıdır.

- Danışıqların uğursuzluğu Yaxın Şərqdə hansı nəticələrə səbəb ola bilər?

- Əgər Maskat görüşü də nəticəsiz qalarsa, Yaxın Şərqdə yeni gərginlik dalğası baş verə bilər. İranın nüvə proqramını davam etdirməsi İsrail və Səudiyyə Ərəbistanı kimi ölkələri daha sərt mövqe tutmağa vadar edə bilər. Eyni zamanda, ABŞ bu halda İran üzərindəki təzyiqləri artıracaq və regionda yeni siyasi-hərbi koalisiyalar formalaşa bilər. Əvəzində İran da Çin və Rusiya ilə münasibətlərini daha da dərinləşdirəcək.

- Bu danışıqlar davamlı diplomatik münasibətlərin bərpası üçün başlanğıc sayıla bilərmi?

- Hazırkı danışıqlar daha çox taktiki xarakter daşıyır. Tərəflər hələ də bir-birinə qarşı dərin etimadsızlıq içindədirlər. ABŞ Tehranın zənginləşdirilmiş uranı azaltmasını istəyir, İran isə sanksiyaların qaldırılması şərti ilə hərəkət edir. Bu mərhələdə davamlı diplomatik münasibətlərin bərpası ehtimalı zəifdir. Lakin danışıqların davam etməsi, ən azı hərbi qarşıdurmanın qarşısını almaq üçün vacib diplomatik kanal rolunu oynayır.

- Uzunmüddətli etimadsızlıq danışıqların gedişinə necə təsir edir?

- Etimadsızlıq danışıqlarda əsas maneələrdən biridir. İran ABŞ-nin 2018-ci ildə JCPOA-dan çıxışını hələ də unutmayıb. Vaşinqtonun dəyişkən siyasi kursu Tehranı ehtiyatlı olmağa vadar edir. ABŞ isə İranın regional siyasətini və “proksi qüvvələr” vasitəsilə təsirini təhlükə kimi qiymətləndirir. Bu qarşılıqlı şübhə danışıqlarda konkret nəticələr əldə olunmasını çətinləşdirir.

- Maskat görüşündən sonra nələr gözlənilə bilər?

- Əgər tərəflər müəyyən texniki məsələlərdə razılıq əldə edə bilsələr, bu, danışıqların növbəti mərhələyə keçməsinə zəmin yarada bilər. Əks halda, İran nüvə proqramını genişləndirəcək, ABŞ isə regionda daha sərt strategiya izləməyə məcbur olacaq. Gözlənti ondadır ki, Maskat danışıqları həlledici olmasa da, tərəflərin gələcək mövqelərini formalaşdıracaq və diplomatik prosesin açıq qalmasına xidmət edəcək.

Zülfü Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 İyun 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see363

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see346

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see307

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see275

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see221

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see211

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see208

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see201

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see200

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see192

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see187

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see185

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see176

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see174

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see174

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see173

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see170

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see168

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri