İran ABŞ danışıqları üçün İslamabada səfər son anda ləğv edilib KİV
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
İran rəhbərliyi daxilində yaranan fikir ayrılıqları ABŞ ilə danışıqlar aparmaq üçün İslamabada planlaşdırılan səfərin ləğvinə səbəb olub.
Redaktor.az xəbər verir ki, “Iran International”ın məlumat yayıb.
Bildirilib ki, Prezident Məsud Pezeşkianın müttəfiqləri ilə Ali Liderin ofisinə yaxın çevrələr arasında yaranan gərginlik nəticəsində danışıqlar qrupunun səfəri son anda dayandırılıb.
Məlumata görə, nümayəndə heyəti yola düşməyə hazır olduğu vaxt Ali Liderə yaxın dairələrdən göndərilən mesajda nüvə məsələlərinin müzakirəsinin qadağan edildiyi bildirilib. Həmçinin Xarici İşlər Nazirliyinin əvvəlki danışıqlardakı fəaliyyəti də tənqid olunub.
Qeyd olunub ki, bu səbəbdən planlaşdırılan görüş baş tutmayıb və diplomatik proses dayandırılıb.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 23 Aprel 2026 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















