İran ABŞ danışıqlarının növbəti raundunun keçiriləcəyi yer açıqlandı
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran və ABŞ danışıqlarının növbəti raundunun keçiriləcəyi yer açıqlanıb.
Missiya.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşrinin müxbiri Laurens Norman özünün “X” sosial media hesabında məlumat yayıb.
O qeyd edib ki, nüvə danışıqları barədə iki ölkə arasında görüş mayın 24-dən 25-dək Romada keçirilə bilər.
“Eşitmişəm ki, İran-ABŞ danışıqlarının növbəti raundu bu həftə sonu Romada keçiriləcək”, - deyə Norman vurğulayıb.
Xatırladaq ki, İran və ABŞ arasında nüvə danışıqları barədə 4 raund keçirilib. Bu görüşlərin sonuncusu mayın 11-də Omanda baş tutub.
Daşqın Həsənov
Missiya.Az

İran ABŞ danışıqlarının növbəti raundunun tarixi və yeri...
17 Aprel 2025 22:45
İran ABŞ danışıqlarının dördüncü raundunun tarixi açıqlanıb
06 May 2025 17:32
Dövlət Departamenti: ABŞ İran danışıqlarının növbəti raundunun vaxtı hələ müəyyənləşməyib
01 May 2025 23:58
ABŞ İran danışıqlarının növbəti raundunun ilkin tarixi və yeri məlum oldu
27 Aprel 2025 17:24
Danışıqların dördüncü raundunun keçiriləcəyi yer və vaxt açıqlandı
28 Aprel 2025 22:41

