İran ABŞ dən Livandakı əməliyyatların dayandırılması üçün zəmanət istəyir
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
İranın ABŞ-dən Livandakı hərbi əməliyyatların dayandırılması ilə bağlı zəmanət tələb etdiyi bildirilir.
Redaktor.az xəbər verir ki, bu barədə CNN diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, planlaşdırılan danışıqlar İsrailin Livana hücumları səbəbindən müvəqqəti olaraq təxirə salınıb.
Diplomatik mənbənin sözlərinə görə, Tehran hazırda imzalanmış razılaşmada nəzərdə tutulduğu kimi, Livanda hərbi əməliyyatların dayandırılmasına dair ABŞ-dən təminat tələb edir.
“İranlılar imzalanmış müqavilədə nəzərdə tutulduğu kimi, Livanda hərbi əməliyyatların dayandırılmasına dair zəmanət tələb ediblər”, - deyə mənbə bildirib.
Mənbə əlavə edib ki, hazırda vasitəçilər bu məsələ ilə bağlı razılıq əldə olunması üçün fəaliyyət göstərirlər.
Danışıqların nə vaxt bərpa ediləcəyi isə hələ açıqlanmayıb.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 19 İyun 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















