Icma.az
close
up
RU
İran ABŞ gərginliyi manata təsir edəcək? KONKRET

İran ABŞ gərginliyi manata təsir edəcək? KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

İran və ABŞ arasında gərginliyin yenidən artması qlobal maliyyə bazarlarında da diqqətlə izlənilir. Mütəxəssislər hesab edirlər ki, mümkün hərbi və siyasi eskalasiya investorların davranışına təsir edərək ABŞ dollarına tələbi artıracaq.

Bəs bu proses Azərbaycan manatına və ölkənin valyuta bazarına necə təsir göstərə bilər?

Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, geosiyasi risklərin artdığı dövrlərdə investorlar daha təhlükəsiz hesab etdikləri aktivlərə üz tuturlar və bu da dolların möhkəmlənməsinə səbəb olur.

Onun sözlərinə görə, son dövrlərdə də bu tendensiya müşahidə edilir:

“İran–ABŞ münaqişəsi dolların güclənməsinə səbəb olur. Hazırda da dollar indeksi artır. Çünki dollar investorlar üçün daha etibarlı “təhlükəsiz liman” hesab olunur. Belə dövrlərdə investorlar dollara daha çox üstünlük verirlər.”

İqtisadçı qeyd edib ki, Azərbaycanda vəziyyət fərqlidir. Onun fikrincə, manatın məzənnəsi qlobal bazarlardakı dalğalanmalardan birbaşa deyil, daha çox ölkənin tətbiq etdiyi məzənnə siyasətindən asılıdır.

“Azərbaycanda manatın taleyi inzibati məzənnədən asılıdır. Mərkəzi Bank və hökumət məzənnə siyasətini müəyyənləşdirir. Ona görə də dünyada baş verən hadisələrin manata birbaşa təsiri olmur.”

N.Cəfərli əlavə edib ki, İran ətrafında yaranan gərginlik neft qiymətlərinin yüksəlməsinə də səbəb olub ki, bu da neft ixracatçısı olan Azərbaycan üçün müsbət amildir.

“İranla bağlı gərginlik neftin qiymətini artırıb. Neftin bahalaşması isə Azərbaycan iqtisadiyyatı və manat üçün müsbət faktor hesab olunur. Buna görə də yaxın perspektivdə manatın məzənnəsi ilə bağlı hər hansı ciddi problem yaşanacağını düşünmürəm.”

İqtisadçının fikrincə, mövcud şəraitdə qlobal risklər dolların mövqeyini gücləndirsə də, yüksək neft qiymətləri və Azərbaycanda tətbiq edilən məzənnə siyasəti manatın sabitliyini qoruyan əsas amillər olaraq qalır.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 İyul 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see343

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see250

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see248

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see241

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see241

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see236

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see232

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see230

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see228

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see223

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see221

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see214

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see210

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see209

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see208

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see206

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see204

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see200

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see191

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri