Icma.az
close
up
RU
İran ABŞ görüşü ərəfəsində gərgin mesajlar Politoloq

İran ABŞ görüşü ərəfəsində gərgin mesajlar Politoloq

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, İran-ABŞ nümayəndələri arasında danışıqların növbəti mərhələsi başlayır.

Omanın vasitəçiliyi ilə fevralın 17–18-də İsveçrənin Cenevrə şəhərində baş tutması planlanan danışıqlar kifayət qədər diqqət çəkən məqamlar var. Məlumata görə, ABŞ Prezidenti Donald Tramp müzakirələrdə Tehrana təzyiq göstərmək üçün bildirib ki, nüvə proqramı üzrə danışıqlar nəticəsiz qalacağı təqdirdə, Vaşinqton İsraili İrana zərbə endirməsinə dəstək verməyə hazırdır.

Bəs Tehran bu təzyiqdən qorxurmu?

Politoloq Turan Rzayev Gununsesi.info-ya bildirib ki, bu təzyiqin Tehranı qorxutduğunu demək düzgün olmaz:

“ABŞ-ilə nüvə proqramı üzrə danışıqların yenidən başlanmasından bir gün əvvəl, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında hərbi təlimlər keçirib. Cenevrə görüşü öncəsi tərəflərin hərbi konteksdə bir-birinə “göz dağı” verməsinə baxmayaraq, diplomatik sferada ünsiyyətin tonu diqqətli və daha uzlaşma yönümlüdür.  Üstəlik, İranın xarici işlər naziri Abbas Əraqçi isə MAQATE direktoru Rafael Qrossi ilə görüşdə ABŞ-ilə danışıqlarda Tehranın mövqeyi barədə məlumat verib”.

Politoloq daha sonra qeyd edib:

İsrailin Baş naziri Benyamin Netanyahunun görüş öncəsi bəyanatı da diqqət çəkir. Netanyahu İranla razılaşmanın Təl-Əvivin əsas şərtləri qəbul edildikdən sonra mümkün olacağını vurğulayıb ki, burada söhbət bütün zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması, zənginləşdirmə infrastrukturunun tam sökülməsi, raket proqramının 300 kilometrlik məhdudiyyət çərçivəsinə salınması və Tehranın dəstəklədiyi silahlı qruplaşmalar şəbəkəsinin ləğvindən gedir. Görünən odur ki, Cenevrə danışıqları elə bu tələblər ətrafında formalaşacaq”.

Politoloq hesab edir ki, bu danışıqlar nəticə verməyəcək:

“Hesab edirəm ki, bu görüşlər nəticə verməyəcək. Ancaq önəmlidir. Çünki tərəflər bir-birini sınayır və güc balansını yoxlayırlar”.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Fevral 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri