İran ABŞ ilə anlaşmanı dondurdu
Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran ABŞ ilə imzalanmış anlaşma memorandumundan irəli gələn öhdəliklərini dondurub.
Yenicag.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi dövlət televiziyasına müsahibəsində danışıb.
K.Qəribabadi rəsmi Vaşinqtonu razılaşmanın bütün şərtlərini pozmaqda və maddələrin icrasını dayandırmaqda ittiham edib. O bildirib ki, qarşı tərəfin addımlarına cavab olaraq İran da memorandum üzrə öhdəliklərinin icrasını dayandırıb və artıq onları yerinə yetirmir.
Nazir müavini hazırkı şəraitdə Tehranın əsas diqqətini ölkənin müdafiəsinə yönəltdiyini vurğulayıb.
ABŞ-nin hələ danışıqlar mərhələsi getdiyi vaxtda hücumlara başladığını iddia edən Qəribabadi, Vaşinqtonun mövqeyinin heç bir nəticə verməyəcəyini bir daha anladığını və buna qarşı lazımi cavabı aldığını qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 18 İyul 2026 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















