İran ABŞ ilə ədalətli sülh sazişi bağlamağa hazırdır
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər naziri Abbas Əraqçi Pekində Çinli həmkarı Van Yu ilə görüşündə bildirib.
“Biz yalnız ədalətli və hərtərəfli sazişi qəbul edəcəyik”, – deyə Əraqçi qeyd edib. O, ABŞ tərəfindən başladılan müharibənin beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu vurğulayıb və İrannın danışıqlarda öz hüquq və maraqlarını qorumaq üçün bütün səyləri göstərəcəyini qeyd edib.
İran XİN rəhbəri Pekinin beynəlxalq səhnədəki mövqeyini və ABŞ-ın, eləcə də İsrailin fəaliyyətlərini qınamasını müsbət qiymətləndirib. Əraqçi bildirib ki, mövcud vəziyyətdə İslam Respublikası ilə Çin arasında əməkdaşlıq inkişaf edəcək.
ABŞ və İsrail 28 fevral tarixində İrana qarşı müharibə başlayıblar. ABŞ prezidenti 7 aprel tarixində İslam Respublikası ilə iki həftəlik qarşılıqlı atəşkəs elan edib. İran tərəfinin məlumatına görə, müharibənin 40 günü ərzində amerika-israil zərbələri nəticəsində 3 375 iranlı həyatını itirib. 11 apreldə Tehran və Vaşinqton nümayəndə heyətləri İslamabadda danışıqlar aparıblar, lakin bir sıra fikir ayrılıqları səbəbindən uzunmüddətli sülh sazişinə nail olunmayıb. 21 apreldə ABŞ prezidenti İlə İrana qarşı atəşkəs rejimini uzatma niyyətini açıqlayıb. İran dövlət televiziyasının məlumatına görə, Tehran Vaşinqton tərəfindən birtərəfli elan edilmiş atəşkəs uzadılmasını tanımayacaq və öz maraqları çərçivəsində hərəkət edəcək.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 06 May 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















