Icma.az
close
up
RU
İran ABŞ ilə müzakirələrin bərpası üçün şərtlərini açıqlayıb

İran ABŞ ilə müzakirələrin bərpası üçün şərtlərini açıqlayıb

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

İran ABŞ ilə müzakirələrin bərpa olunması üçün şərtlərini açıqlayıb.

Bu barədə İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Ravançi "Habertürk”ə müsahibəsində deyib.

O bildirib ki, hazırda Tehran və Vaşinqton vasitəçi ölkələrin köməyi ilə qarşılıqlı mesajlar ötürür: "Omanın vasitəçiliyi ilə müzakirələr gedirdi. Amma əvvəl İsrailin, sonra ABŞ-nin hücumları ilə üzləşdik. Bu hücumlar müzakirələrin davam etdiyi vaxta təsadüf etdi. Yəni diplomatiya xəyanətə uğradı. Bu, diplomatiyaya qarşı hücum idi”.

Nazir müavini söyləyib ki, yeni müzakirələr başlamazdan əvvəl oxşar hücumların olmayacağına dair zəmanətə ehtiyac var: "Diplomatiyaya yenidən xəyanət edilməməsi bizim üçün çox vacibdir. İsrail və ABŞ öz hücumları ilə bizi heyrətləndirdi. Eyni ssenarinin təkrarlanmasını istəmirik. ABŞ bizi əmin etməlidir ki, yenə eyni addımı atmayacaq”.

M.Taxt-Ravançinin sözlərinə görə, müzakirələr "qazan-qazan" prinsipi ilə baş tutmalıdır: "Tərəflərin hər ikisi nə isə əldə etdiklərini hiss etməlidir. ABŞ-nin hansısa diktəsini qəbul edə bilmərik. Odur ki, müzakirələrin davam edəcəyinə, həmçinin ABŞ-nin iradəsini diktə etməyəcəyinə əmin olmadan həqiqi dialoqa başlamarıq. Bu müzakirələri sadəcə "dialoq aparırıq” demək üçün istəmirik. Dialoq hər iki tərəfi də razı salacaq nəticə ortaya qoymalıdır. Dediyim kimi, müzakirələr davam edərkən hansısa hərbi hücumlarla yenidən heyrətlənmək istəmirik”.

/report

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 26 İyul 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see316

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see264

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see236

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see198

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see145

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see140

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see134

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see132

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see127

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see126

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see125

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see125

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see125

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see123

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see122

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see122

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see122

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see121

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see120

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri