Icma.az
close
up
RU
İran ABŞ ilə sülh sazişinin 14 bəndini açıqladı SİYAHI

İran ABŞ ilə sülh sazişinin 14 bəndini açıqladı SİYAHI

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

İranda ABŞ ilə qarşılıqlı anlaşma memorandumu layihəsinin 14 bəndi açıqlanıb.

Gununsesi.info  xəbər verir ki, təfərrüatları “Mehr” Agentliyi öz mənbələrinə istinadən yayıb.

Saziş layihəsinə müharibənin dərhal dayandırılması, ABŞ qoşunlarının çıxarılması, İranın daxili işlərinə qarışmamaq, dəniz blokadasının ləğvi və İrana 300 milyard dollar yardım göstərilməsi daxildir. Tehran vurğulayır ki, mətn hələ də təkmilləşdiriləcək.

Layihəyə aşağıdakılar daxildir:

– Bütün cəbhələrdə, o cümlədən Livan ərazisində müharibənin tam və dərhal dayandırılması;

– ABŞ-ın İranın daxili işlərinə qarışmaması və onun suverenliyinə hörmət etməsi;

– Dəniz blokadasının 30 gün ərzində tam ləğv edilməsi;

– ABŞ qoşunlarının İran yaxınlığındakı ərazilərdən çıxarılması;

– Hörmüz boğazında gəmiçiliyin 30 gün ərzində bərpası;

– Sanksiyaların dayandırılması və İranın dondurulmuş aktivlərinə tam çıxışının təmin edilməsi;

– ABŞ və müttəfiqləri tərəfindən Tehrana 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi;

– Nüvə məsləsinə dair mübahisələrin, ABŞ sanksiyalarının, eləcə də BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyinin qərarlarının ləğvi ilə bağlı yekun sazişə nail olmaq üçün 60 günlük danışıqlara başlanması;

– İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin öhdəliklərinə sadiqliyini təsdiqləməsi;

– ABŞ-ın bölgədəki hərbi kontingentini artırmamaq və yeni sanksiyalar tətbiq etməmək öhdəliyi;

– 60 günlük danışıqlar müddətində ABŞ-ın bloklanmış 24 milyard dollar maliyyə vəsaitini azad etməsi. Bu məbləğin yarısı danışıqlar başlamazdan əvvəl Tehrana verilməlidir;

– Sazişin icrasına nəzarət mexanizminin yaradılması;

– Yekun sazişin BMT TŞ-nin qətnaməsi ilə təsdiqlənməsi;

– İran vəsaitlərinin yarısı azad edilməyənə, neft sanksiyaları dayandırılmayana və dəniz blokadası qaldırılmayana qədər yekun danışıqların başlamaması. Yekun saziş yalnız zənginləşdirilmiş uranın taleyi, uranın zənginləşdirilməsi, sanksiyaların ləğvi və İranın iqtisadi bərpa proqramı məsələlərini əhatə edəcək. İranın raket proqramı və müqavimət qruplarına dəstəyi mövzuları isə gündəlikdən tamamilə çıxarılıb.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, bu mətn hələ İranın müvafiq qurumları tərəfindən nəzərdən keçirilməli və yekunlaşdırılmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 İyun 2026 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri