İran ABŞ ın çoxsaylı helikopterlərini sıradan çıxarıb
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İranın İordaniyadakı ABŞ bazalarına endirdiyi zərbələr nəticəsində xeyli sayda helikopterə zərər dəyib.
Bizim.Media xəbər verir ki, məlumatı "New York Times" qəzeti mənbələrə istinadən yayıb.
Mənbələrin qiymətləndirməsinə görə, İranın hücumlarının miqyası və ABŞ hərbi obyektlərinə dəyən ziyan Tehranın nəinki əhəmiyyətli raket arsenalına sahib olduğunu, həm də ABŞ hava hücumundan müdafiə sistemlərindən uğurla yayınmağı öyrəndiyini göstərir.
Qəzetin məlumatına görə, son beş gün ərzində İran İordaniyadakı ABŞ hərbi obyektlərinə dörd dəfə hücum edib. Hücumlardan birində krallığın şərqində "Blackhawk" helikopterlərinin yerləşdiyi bazaya zərbələr endirilib və onların xeyli hissəsinə zərər dəyib.
Ümumilikdə, bombardmanlarda ən azı 29 Amerika hərbçisi yaralanıb, onlardan ikisi həlak olub.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı İranın 17 iyulda İordaniyadakı Amerika hərbi obyektlərinə endirdiyi zərbələr nəticəsində iki hərbçinin öldüyünü, birinin itkin düşdüyünü, dördünün xəstəxanaya yerləşdirildiyini və bir neçə nəfərin yüngül xəsarət aldığını bildirmişdi.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 19 İyul 2026 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















