İran ABŞ ın memorandumun iki bəndini pozduğunu bəyan edib
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
ABŞ İranla münaqişənin nizamlanmasına dair bağlanmış memorandumun iki bəndini pozub və Tehran hər bir pozuntuya cavab verəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın ali liderinin hərbi müşaviri Möhsün Rezai bəyan edib.
"ABŞ regiondakı proksi qüvvələrinin fəaliyyətini dəstəkləməklə (İsrailin Livandakı fəaliyyəti nəzərdə tutulur) memorandumun birinci bəndini, Hörmüz boğazında gərginliyi artırmaqda davam etməklə isə beşinci bəndini pozub. Memorandumun istənilən bəndinin pozulmasına cavab sürətli və sarsıdıcı olacaq", — deyə o, "X" sosial şəbəkəsində yazıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı ötən gün Hörmüz boğazında kommersiya gəmisinə edilən hücuma cavab olaraq İran ərazisinə zərbələr endirildiyini təsdiqləyib. Məlumata görə, Amerika aviasiyası İranın raket və pilotsuz uçuş aparatı ambarlarına, həmçinin sahilyanı radiolokasiya obyektlərinə zərbələr endirib. İslam Respublikası isə öz növbəsində buna cavab olaraq ABŞ Silahlı Qüvvələrinin dislokasiya yerlərinə hücum etdiyini bəyan edib.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 27 İyun 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















