İran ABŞ la gərginlik fonunda Rusiya ilə hərbi təlimlər keçirir
Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cümə axşamı günü İran ABŞ təhdidləri fonunda Rusiya ilə birgə dəniz təlimləri keçirib.
Reyting.az-ın məlumatına görə, bu barədə “The Hill” qəzeti yazıb.
Qəzet ABŞ prezidenti Donald Trampın əvvəllər Tehrana nüvə sazişi bağlamaq üçün 10 gün vaxt verdiyini də xatırladıb.
Təlimlər Oman körfəzində və Hind okeanında “əməliyyat koordinasiyasını yaxşılaşdırmaq və hərbi təcrübə mübadiləsi aparmaq” məqsədi ilə keçirilib.
İran Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Həsən Məqsudlu bu təlimlərin “təhlükəsizliyi və davamlı dəniz əməkdaşlığını gücləndirmək” məqsədi daşıdığını bildirib.
Nəşr qeyd edir ki, təlimlər İranın çərşənbə axşamı günü Hörmüz boğazına doğru beş raket atmasından və digər genişmiqyaslı dəniz təlimləri zamanı hədəfləri vurmasından sonra baş tutub.
Eyni zamanda, İranın ali lideri Ayətullah Əli Xamnəi, Vaşinqtonun Yaxın Şərqə əhəmiyyətli dəniz qüvvələri yerləşdirməsinə cavab olaraq ABŞ-a sərt xəbərdarlıq edib.
Xatırladaq ki, bu gəmilər, ABŞ-nın Venesuela prezidenti Nikolas Maduronu ələ keçirməsindən əvvəl Venesuela sahillərində yerləşdirilmişdi.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 20 Fevral 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















