“İran ABŞ la memorandumun qüvvədə olduğunu hesab edir” Əraqçi
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“İran hesab edir ki, iyun ayında ABŞ-la imzalanmış İslamabad anlaşma memorandumu hələ də qüvvədədir”.
525.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Pekində çinli həmkarı Van İ ilə görüşündə bildirib.
O deyib ki, Tehran Vaşinqtonla münaqişənin diplomatik yollarla nizamlanmasına qayıtmaq niyyətindədir:
“İran münaqişənin davam etdirilməsində maraqlı deyil, diplomatik yolla nizamlanmaya qayıtmağa ümid edir və eyni zamanda öz hüquq və maraqlarını qətiyyətlə müdafiə etmək niyyətindədir. İran tərəfi hesab edir ki, ABŞ və İran arasında anlaşma memorandumu qüvvədə qalır”.
Əraqçi, həmçinin qeyd edib ki, İran Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülmüş və Yaxın Şərqdə ümumi təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş dörd təşəbbüsü dəstəkləyir:
“İran tərəfi Sədr Si Cinpin tərəfindən Yaxın Şərqdə sülh və sabitliyin qorunması, eləcə də regionda ümumi təhlükəsizliyin təmin olunmasına kömək məqsədilə irəli sürülmüş dörd təklifi alqışlayır və dəstəkləyir. İran bu çərçivədə Çinlə əməkdaşlığı gücləndirməyə hazırdır və Çin tərəfinin regionda sülh və sabitliyin təmin edilməsində daha böyük rol oynayacağına ümid edir”.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 16 Sentyabr 2026 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















