Icma.az
close
up
RU
İran ABŞ la nüvə danışıqlarını bərpa etməyə hazırdır: amma öz şərtləri var

İran ABŞ la nüvə danışıqlarını bərpa etməyə hazırdır: amma öz şərtləri var

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Tehran Vaşinqtonla uranın zənginləşdirilməsi səviyyəsini müzakirə etməyə hazırdır, lakin onun dayandırılmasını yox”

“Tehran Vaşinqtonla uranın zənginləşdirilməsi səviyyəsini müzakirə etməyə hazırdır, lakin onun dayandırılmasını yox”. AYNA.AZ CNN-ə istinadən bildirir ki, bu sözləri İranın Ali Rəhbəri Seyid Əli xameneinin müşaviri Kamal Xərrazi deyib.

Bildirib ki, İran hakimiyyəti Tehranın tələbləri yerinə yetirilərsə, İslam Respublikası nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqları bərpa etməyə hazırdır: "Onlar ilk addımı atmalı və bizimlə müəyyən etdiyimiz şərtlərlə əlaqə saxlamağa hazır olduqlarını göstərməlidirlər. Bu, bərabərlik və qarşılıqlı hörmətə əsaslanmalıdır".

Onun sözlərinə görə, İranın tibb də daxil olmaqla, mülki məqsədlər üçün nüvə yanacağına ehtiyacı var və buna görə də Tehran Vaşinqtonla yalnız uranın "zənginləşdirilməsi səviyyəsini" müzakirə etməyə hazırdır, onun dayandırılmasını yox.

Xərrazi qeyd edib ki, "əgər İran və ABŞ arasında həqiqi danışıqlar baş tutarsa, İranın uranı zənginləşdirməyə davam etməsinə imkan verən yollar və vasitələr tapılacaq və eyni zamanda, başqalarını nüvə silahı hazırlamağa çalışmayacağına əmin edəcək”.

O İranın hazırda yalnız ABŞ ilə nüvə proqramını müzakirə etməyə hazır olduğunu bildirib: “Ballistik raket proqramını yox”.

Xameneinin müşaviri həmçinin ABŞ Prezidenti Donald Trampı ölkəyə qarşı "müsbət yanaşma" saxlamağa və ona qarşı hər hansı bir güc tədbirindən imtina etməyə çağırıb.

ABŞ və İsrail ilə yeni qarşıdurma ehtimalına toxunan Xərrazi İranın belə bir vəziyyətə hazır olduğunu söyləyib.

Qeyd edək ki, dünən Tramp İranın nüvə proqramı ilə bağlı vəziyyəti şərh edərək, iranlıların amerikalılarla razılığa gəlməyə can atdığını iddia edib. O ABŞ-ın İrana hücumları ilə "çox ciddi nüvə təhlükəsini aradan qaldırdığı" fikrini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 Noyabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see249

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see215

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see204

Avropa İttifaqı bizim üçün təhlükə yaradır Viktor Orban

17 Noyabr 2025 16:52see158

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see150

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see141

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see139

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see135

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see131

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see130

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

17 Noyabr 2025 17:03see129

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see128

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see128

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see125

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see122

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan rayonlarına səfər ediblər

17 Noyabr 2025 18:11see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri