İran ABŞ lə münaqişə fonunda raketlərin uçuş məsafəsini artıracaq
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran ordusu raketlərinin uçuş məsafəsini artırmaq üzərində işə başlayıb.
Bu barədə İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminya "Fars” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, raketlərin uçuş məsafəsinin artırılması qərarı ABŞ-lə münaqişə zamanı əldə edilən təcrübə ilə bağlıdır.
"Müharibənin nəticələrinə əsasən, raketlərimizin uçuş məsafəsini mütləq artırmalı olduğumuz qənaətinə gəldik və hazırda bu istiqamətdə irəliləyirik”, – briqada generalı deyib.
Əkrəminya bildirib ki, İran raketlərin sürətinin artırılması və hədəfi dəqiq vurma imkanlarının təkmilləşdirilməsi üzərində də çalışacaq.
O, gələcək raket nəsillərinin daha yüksək sürət və daha dəqiq tuşlama imkanlarına malik olacağını qeyd edib.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 04 Oktyabr 2026 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















