İran ABŞ ni hədələdi: Dünya ağır enerji böhranı ilə üzləşə bilər
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yeni hərbi qarşıdurma baş verəcəyi təqdirdə Hörmüz boğazından keçən sualtı internet kabellərinin hədəfə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
Bu barədə İranın "Fars” xəbər agentliyi SEPAH nümayəndəsinə istinadən məlumat yayıb.
SEPAH rəsmisi bildirib ki, Tehran yeni müharibə ehtimalını istisna etmir və növbəti qarşıdurmada cavab tədbirləri əvvəlkindən daha sərt olacaq.
"Biz müharibə ehtimalını istisna etmirik. Bu dəfə cavabımız daha sərt olacaq. Amerikanı ciddi problemlər, dünyanı isə ağır enerji böhranı gözləyir”, – o vurğulayıb.
SEPAH nümayəndəsinin sözlərinə görə, mümkün yeni hərbi qarşıdurmada fərqli silah növləri tətbiq edilə və yeni hədəflər müəyyənləşdirilə bilər.
"Hörmüz boğazından qlobal internetin fəaliyyətində və kommersiya məlumatlarının ötürülməsində mühüm rol oynayan yeddi böyük kabel keçir. Bunu qarşı tərəfin diqqətinə çatdırırıq”, – İran rəsmisi bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra regionda gərginlik artıb.
İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.
Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmaları pozmaqda ittiham edərək genişmiqyaslı zərbələri bərpa edib.
Daha sonra Vaşinqton hərbi təzyiqdən iqtisadi sanksiyalara üstünlük verəcəyinə işarə edib. Oktyabrın 10-da isə ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni zərbələr endirilməsi ehtimalını istisna etməyib.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 20 Oktyabr 2026 06:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















