Icma.az
close
up
RU
İran ABŞ nin hücumuna necə cavab verəcək? Dünyanın gözlədiyi SUAL

İran ABŞ nin hücumuna necə cavab verəcək? Dünyanın gözlədiyi SUAL

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə dünyanı aldatmağa çalışdı, Ağ Ev sahibi bir neçə gün əvvəl söyləmişdi ki, İrana qarşı müharibəyə qoşulub-qoşulmayacağına iki həftə ərzində qərar verəcək. Buna baxmayaraq, beynəlxalq aləm Trampın iki həftə gözləməyəcəyindən şübhəli idi. Çünki, Tramp müxtəlif mövzularda bir söz deyib, bir neçə gün sonra fərqli qərarlar verib. Bu dəfə də belə oldu.

İsraillə ABŞ İrana qarşı müharibə planını bir yerdə hazırlayıblar. İrandakı dairələr son ana qədər nüvə mövzusyla bağlı Vaşinqtonun danışıqlarda maraqlı olduğunu düşünürdülər. Halbuki, artıq düyməyə basılmışdı. Xatırlayırsınızsa, ABŞ mətbuatı həftələr öncə belə bir xəbər yaymışdı ki, guya Trampla İsrailin baş naziri Benyamin Netanyahunun arası dəyib və guya ABŞ Prezidentinin ərəb dövlətlərinə səfəri və orada imzaladığı sazişlər Təl-Əvivdə neqativ qarşılanıb. Bu xəbərlər İrandakı dairələrin diqqətini yayındırmaq üçün yayılmışdı. İranda düşünməliydilər ki, əgər Trampla Netanyahunun arası dəyibsə, Təl-Əviv Vaşinqtonun icazəsi olmadan İrana zərbə endirməyəcək. Halbuki, bu Vaşinqtonla Təl-Əvivin planının psixoloji hissəsi idi. Hazırlanan plana görə, İsrail birinci başlamalı, bir neçə gün sonra ABŞ qoşulmalı idi. Hazırda bu plan tam gücüylə həyata keçirilir və ABŞ yalnız nüvə mərkəzlərini bombalamaqla kifayətlənməyəcək.

Tehran ABŞ-nin zərbələrinə nəsə cavab verməlidir, əks halda İranda qərar verənlərin imicinə növbəti ağır zərbə dəyəcək. Tehranın cavabı necə olacaq? İran ABŞ-nin Körfəz ölkələrindəki hərbi bazalarına raket zərbəsi vurmaq istəyə bilər. ABŞ-nin Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və İraqda böyüklü kiçikli bir neçə hərbi bazası var. Bu sıraya Türkiyədəki İncirlik hərbi bazasına da daxil etmək lazımdır. Yəni İran faktiki ABŞ hərbi bazalarının əhatəsindədir. Əgər İran qonşu ölkələrdən hər hansı birindəki Amerika hərbi bazasına zərbə vurarsa, bu İran üçün iki neqativ nəticəyə səbəb olacaq. Birincisi, ABŞ tam gücüylə İranı bombalamağa başlayacaq. İkincisi, İran həmin bazaların yerləşdiyi ölkələrlə münasibətləri zəiflədəcək ki, indiki məqamda bu İranın durumunu daha da ağırlaşdıracaq. Başqa bir addımı kimi haqqında çox danışılan İranın Hörmüz körfəzini bağlaması ola bilər ki, bunun da İranın özünə ciddi mənfi nəticələri olacaq. Birincisi, İran dost adlandırdığı ölkələrə neft sata bilməcəyək. İran iqtisadiyyatı isə tamamən enerji resurslarının satışından asılıdır. İkincisi, Hörmüz boğazı qapadılarsa, İranla normal münasibətləri olan Körfəz ölkələrinin bir qismi də neft satışında çətnliklərlə üzləşəcəklər. Yəni İran ABŞ-yə qarşı hansı cavab tədbirini reallaşdırmağa çalışarsa, bunun həm bölgə ölkələrinə, həm də İranın özü üçün indikindən ağır nəticələri olacaq.

İranın tərəfdaşları olan Rusiya və Çinin ABŞ-nin müdaxiləsinin qarşısını almaq üçün diplomatik fəallıqlarının heç bir nəticəsi olmadı. Moskva və Pekin İsraili durdura bilmədilərsə, Amerikanı heç durdura bilməyəcəklər. Rusiya Prezidenti Vladimir Putin daha ağır duruma sürüklənib. Birincisi, Rusiya yanvarda İranla strateji tərəfdaşlıq sazişi imzalamışdı. Bu saziş İranı hücumdan xilas etmədi. İkincisi, Putin amerikalı həmkarıyla tərəfdaşlıq əlaqələri qurmuş, Ağ Ev sahibinin Ukrayna siyasətindən məmnun idi. Belə olan halda Putin İrana hücuma görə Trampın ünvanına kəskin fikirlər söyləyib, onunla əməkdaşlıqdan imtina edərmi? Çətin.

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan da eyni durumdadır. Rəcəb Tayyib Ərdoğan Donald Trampla əməkdaşlığın inkişafına ümid edir, iki prezident bir-birlərini dost adlandırırdılar. Rəsmi Ankara İsrailin İrana hücumunu qəti şəkildə pisləyir, Ərdoğan Benyamin Netanyahunu Adolf Hitlerə bənzədir. Ərdoğan üçün Trampı Netanyahu ilə eyni sıraya qoyması mümkün görünmür. Əlbəttə, Vaşinqtonun müharibəyə qoşulması qərarı Ankarada tənqid olunacaq, ancaq bu, prezidentlərin münasibətinə çox da mənfi təsir etməyəcək, həm də İrandakı rejimə görə, Türkiyə supergüclə niyə üz-göz olmalıdır?

Elxan Şahinoğlu,

politoloq

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 İyun 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see250

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see158

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see156

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see134

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see133

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see133

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see129

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see127

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see125

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see125

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri