Icma.az
close
up
RU
İran ABŞ radarlarını məhv etdiyi üçün regiona güclü yağışlar yağır? AÇIQLAMA

İran ABŞ radarlarını məhv etdiyi üçün regiona güclü yağışlar yağır? AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranda güclü yağışlardan sonra daşan Darian bəndinin görüntüləri sosial mediada yayılıb. Bəndin yüz milyonlarla kubmetr su tutumu olduğu bilinir. İran dövlət televiziyasına aid bəzi paylaşımlarda iddia edilirdi ki, İran ərəb ölkələrində Amerika radarlarını məhv etdikdən sonra yağıntılar artıb. 
Məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a bildirib ki, radar sistemləri ilə yağışın yağmasının qarşısını almaq və yaxud yağışı təmin etmək yeni mövzudur:
"Mən indiyə qədər aparılan tədqiqatlarda  radarlar vasitəsilə yağış yağdırmaq və ya yağışı dayandırmağın mümkün olmasına rastlamamışam. Bu, İran tərəfindən verilən populist bəyanatdır və iqlimlə birbaşa əlaqəsi yoxdur. Yağışların yağdırılması üçün müəyyən metodlar mövcuddur. Məsələn, müxtəlif kimyəvi üsullarla, kimyəvi tozların istifadə olunması ilə, dronlar və yaxud təyyarələr vasitəsilə buludların üst qatına maddələr səpməklə bu proses həyata keçirilir. Bu maddələr buludların xüsusiyyətlərinə təsir edir və onların ağırlığını artırır. Nəticədə qısa müddət ərzində kütləvi buludlar formalaşır və yağışa çevrilə bilir".
Ekoloq deyib ki, hələ Sovet dövründə geniş istifadə olunan metodla toplar vasitəsilə buludları bir ərazidən digər əraziyə yönləndirmək olurdu:
"Yəni toplanmış bulud kütlələrini yaxın məsafələrdə bir yerdən başqa yerə keçirmək mümkün idi. Lakin bu, uzaq məsafələr üçün nəzərdə tutulmamışdı. Radar sistemi vasitəsilə yağışın qarşısını almaq və ya başqa ölkələrə yağış yağdırmaq isə qeyri-mümkündür.
Bildiyimiz kimi, iqlimdə son illərdə kəskin dəyişikliklər baş verib. Artıq Azərbaycan iqlimində də dəyişiklik müşahidə olunur, rütubətlilik artıb. Son qiymətləndirmələrə görə əvvəlki illərlə müqayisədə rütubətlilik təxminən 10–15 faiz olub. Bu da xüsusilə yaz aylarında yağışların artmasına şərait yaradır. Eyni zamanda fəsil də mühüm rol oynayır, çünki qışdan yaza keçid dövründə soyuq və isti hava kütlələrinin toqquşması baş verir və bu da yağıntıların artmasına səbəb olur. Lakin bunun radarlar vasitəsilə idarə olunmasına elmi məqalələrdə, beynəlxalq hesabatlarda, o cümlədən BMT-nin sənədlərində rastlaşmamışam",- deyə o bildirib. 
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Aprel 2026 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri