İran ABŞ strateji mürəkkəb vəziyyətlə üzləşdirib Politoloq
Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“ABŞ İrana qarşı növbəti hərbi kampaniyaya başlamaqda tərəddüd edir. Xüsusilə, Səudiyyə Ərəbistanı və Körfəz ölkələri İranın onlara qarşı mümkün hücumlarından ehtiyatlanır. ABŞ hava əməliyyatları vasitəsilə İranın mülki və hərbi infrastrukturuna zərbələr endirə bilər. Lakin bu, rejim dəyişikliyinə gətirib çıxarmayacaq. Hazırda ABŞ İran neftinə tətbiq olunan embarqonu qismən yumşaldıb”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə danışıqlar prosesinin davam etməsi isə tərəflərin yaxın perspektivdə çərçivə sazişi imzalayacağı anlamına gəlmir:
“İran mövcud qeyri-müəyyən vəziyyətin davam etməsində maraqlı görünür.Tehran bununla D.Tramp administrasiyasını çıxılmaz vəziyyətə salmağa və Konqresə keçiriləcək aralıq seçkilərdə respublikaçıların zəifləməsinə nail olmağa çalışır.Əgər ABŞ prezidenti İrana öz şərtlərini qəbul etdirə bilməsə, Konqres seçkilərində respublikaçıların məğlubiyyəti istisna deyil.Bununla yanaşı, ABŞ-ın yalnız havadan həyata keçirəcəyi hərbi əməliyyatlarla İrana öz tələblərini qəbul etdirməsi çətin görünür. İran rəhbərliyi mövcud situasiyaya uyğunlaşaraq Vaşinqtonu strateji baxımdan mürəkkəb vəziyyətlə üz-üzə qoyub”.
Vasif ƏLİHÜSEYN
4
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 20 May 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















