Icma.az
close
up
RU
İran ABŞ üçün təhdid yarada bilər? Nüvə proqramı inkişaf edərsə…

İran ABŞ üçün təhdid yarada bilər? Nüvə proqramı inkişaf edərsə…

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İran bir neçə il ərzində Birləşmiş Ştatlar üçün təhdid yarada bilər”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi sədrliyinə namizəd Den Keyn səsləndirib.

O, ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Tehranın nüvə silahına sahib olmasına imkan verməməli olduğu barədə fikirlərini dəstəklədiyini bildirib. Keyn vurğulayıb ki, əgər İranın nüvə proqramı inkişaf edərsə, bu, təkcə ABŞ-ın müttəfiqləri və Yaxın Şərqdə yerləşən Amerika qoşunları üçün təhlükə yaratmayacaq, eyni zamanda, Birləşmiş Ştatların özünə birbaşa mövcudluq təhdidi törədəcək.

Komitə üzvləri Keyndən soruşublar ki, əgər Tehran nüvə proqramı ilə bağlı razılaşmadan imtina edərsə və Vaşinqton hərbi müdaxilə qərarı versə, o, prezidentə İrana mümkün zərbələr və bunun nəticələri ilə bağlı variantlar təqdim edəcəkmi?

“Düşünürəm ki, prezidentə müxtəlif seçimlər təqdim etmək və onun üçün ən uyğun variantı seçməsinə imkan yaratmaq Baş Qərargah Rəisləri Komitəsinin sədrinin vəzifələrinə daxildir”, – Keyn cavab olaraq bildirib.

Xatırladaq ki, martın 30-da Tramp bəyan edib ki, əgər İranın nüvə proqramı ilə bağlı danışıqlarda irəliləyiş əldə olunmasa, iki həftə ərzində bu ölkəyə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq ediləcək. O, həmçinin qeyd edib ki, əgər Tehran tamamilə razılaşmadan imtina edərsə, onu misli görünməmiş bombardmanlar gözləyir. Bununla yanaşı, İranın ali dini lideri Əli Xamenei Fitr bayramı ilə bağlı xütbəsində ABŞ-ın ölkəsinə hərbi müdaxilə edəcəyinə inanmadığını bildirib, lakin o, Vaşinqtonun İranda iğtişaşlar yaratmağa çalışacağı təqdirdə sərt cavab veriləcəyini vurğulayıb.

Aysel Əliyeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Aprel 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri