Icma.az
close
up
RU
İran ABŞ və İsraili hədələdi Hədəflər açıqlandı

İran ABŞ və İsraili hədələdi Hədəflər açıqlandı

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təl-Əviv və Vaşinqton Tehrana aqressiya nümayiş etdirərsə, İsrailin və ABŞ-nin Yaxın Şərq regionundakı obyektləri İran üçün qanuni hədəfə çevriləcək.
AzVision.az bildirir ki, ABŞ-ın İrana mümkün zərbələri ilə bağlı xəbərlərin fonunda İran parlamentinin (Məclisin) sədri Məhəmməd Baqer Qalibaf belə bir bəyanatla çıxış edib.
Daha əvvəl The New York Times rəsmi mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Donald Trampa İrana qarşı mümkün hücum variantları təqdim olunub və o, ölkədə baş verən etiraz aksiyaları fonunda bu zərbələrin təsdiqlənməsi imkanını ciddi şəkildə nəzərdən keçirir.
“İrana zərbə endiriləcəyi təqdirdə, həm işğal olunmuş torpaqlar (İsrail nəzərdə tutulur – red.), həm də ABŞ-nin regiondakı bütün hərbi mərkəzləri, bazaları və gəmiləri bizim qanuni hədəfimiz olacaq”, – deyə, IRIB agentliyi Qalibafın sözlərini sitat gətirir.
İran parlamentinin sədri vurğulayıb ki, ABŞ prezidentinin Tehrana qarşı hərbi aqressiya ehtimalının mövcudluğunu açıq şəkildə etiraf etməsini nəzərə alaraq, İran “qanuni müdafiə çərçivəsində cavab reaksiyasının formasını seçərkən özünü məhdud hesab etməyəcək”.
Bundan əvvəl Donald Tramp etirazçılar arasında ölənlər olacağı təqdirdə hərəkətə keçəcəklərini deyərək İrana xəbərdarlıq etmişdi . Şənbə günü də ABŞ prezidenti Vaşinqtonun İrana “kömək etməyə” hazır olduğunu bəyan etmişdi.
Bundan başqa 1979-cu ildə devrilmiş İran şahının oğlu Rza Pəhləvi sosial şəbəkələrdə İran vətəndaşlarına videomüraciət yayımlayıb. O, iranlıları ümumi tətilə, strateji əhəmiyyətli küçə və obyektləri ələ keçirilməyə çağırıb. Daha əvvəl o, ABŞ prezidenti Donald Trampı İrandakı vəziyyətə müdaxilə etməyə çağırmışdı.

Pəhləvinin çağırışından sonra İranda etiraz yürüşləri aktivləşib, ölkədə internet dayandırılıb.
İranda etirazlar 2025-ci ilin dekabr ayının sonunda milli valyuta – İran rialının dəyərdən düşməsi səbəbindən başlayıb. Aksiyaların əsas səbəbi məzənnənin kəskin dəyişməsi və bunun topdansatış və pərakəndə qiymətlərə təsiri olub. Sosial şəbəkələrdə Tehranda və digər şəhərlərdə etirazçıların görüntüləri yayılıb. Bu fonda İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin istefa verib, onun yerinə Əbdülnasir Həmməti təyin olunub.
İranın bir sıra şəhərlərində etiraz aksiyaları polis ilə toqquşmalara çevrilib və ölkədə mövcud siyasi quruluşa qarşı şüarlarla müşayiət olunub. Həm təhlükəsizlik qüvvələri, həm də etiraz iştirakçıları arasında ölənlərin olduğu bildirilib.
İran hazırda yüksək inflyasiya dövrünü yaşayır. İran Mərkəzi Bankının məlumatına görə, illik inflyasiya səviyyəsi 38,9 faizə çatıb. Rial sürətlə dəyər itirir: son aylarda dollar qarşısında bir neçə dəfə antirekord yenilənib. ABŞ-ın 2018-ci ilin mayında nüvə sazişindən çıxmasınadək qeyri-rəsmi bazarda dolların məzənnəsi təxminən 50 min rial idi. Hazırda isə dollar azad bazarda 1,4 milyon rialdan baha satılır.
Məhəmmədəli Həsənli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://azvision.az
archiveBu xəbər 11 Yanvar 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri