İran ABŞ xəttində yeni mesaj: Bərabərlik olmadan razılaşma yoxdur
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Bərabərlik prinsipi əsasında, təzyiq və təhdidlərdən uzaq, İranın dinc nüvə texnologiyasına sahib olmaq hüququnu təmin edən bir razılaşma olmalıdır”.
"Cebheinfo.az" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə mümkün razılaşma ilə bağlı açıqlamasında bildirib. Əraqçi ABŞ Prezidenti Donald Trampın razılaşma ilə bağlı mesajına sosial şəbəkə hesabında paylaşım edərək cavab verib.
Əraqçi vurğulayıb ki, İran hər zaman qarşılıqlı faydaya əsaslanan, ədalətli və bərabərhüquqlu nüvə razılaşmasını alqışlayır. O qeyd edib ki, belə bir razılaşma bərabərlik prinsipi üzərində qurulmalı, təzyiq, təhdid və qorxutma ehtiva etməməli, İranın dinc nüvə texnologiyasına sahib olmaq hüququnu təmin etməli və nüvə silahı əldə etməyəcəyinə zəmanət verməlidir.
İranın təhlükəsizlik doktrinasında kütləvi qırğın silahlarına yer olmadığını bildirən Əraqçi bu cür silahları əldə etməyə heç vaxt cəhd olunmadığını deyib. O, həmçinin ölkəyə qarşı istənilən hücuma dərhal və güclü cavab verməyə hazır olduqlarını vurğulayıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:43
Bu xəbər 29 Yanvar 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















