İran ABŞ yə məxsus enerji obyektlərini və data mərkəzlərini hədəfə ala bilər
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran ABŞ ilə münaqişənin yenidən alovlanacağı təqdirdə Yaxın Şərqdə rabitə kabellərini, data mərkəzlərini, süni intellekt obyektlərini və enerji infrastrukturunu hədəfə ala bilər.
Sherg.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi “Drop Site” nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İranın pilotsuz uçuş aparatları və raketlərdən istifadə etməklə əməliyyatları davam etdirmək imkanları var. Rzayi münaqişənin yenidən başlaması halında Tehranın daha genişmiqyaslı fəaliyyət planına malik olacağını qeyd edib.
İranlı rəsmi enerji infrastrukturuna mümkün hücumları da cavab tədbirləri sırasında istisna etməyib. O, İrana qarşı atılan addımların nəticələrinin olacağını vurğulayıb və diplomatiyanın üstün tutulduğunu bildirib.
Xatırladaq ki, “The New York Times” qəzeti daha əvvəl mənbələrinə istinadən ABŞ və İsrail hərbçilərinin İrana qarşı zərbələri bərpa etmək üçün konkret plan hazırladıqlarını yazıb. Məlumata görə, əməliyyat ABŞ-də aralıq seçkilərindən sonra həyata keçirilə və qısa, lakin intensiv xarakter daşıya bilər.
Nəşr həmçinin adını açıqlamadığı İran rəsmisinə istinadən İsraildə oktyabrın 27-də keçiriləcək seçkilərdən əvvəl genişmiqyaslı bombardmanların başlanması ehtimalının İran kəşfiyyatı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı zərbələri ilə başlayan qarşıdurma tərəflər arasında qarşılıqlı hücumlarla davam edib. Münaqişənin tam nizamlanmadığı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 22 Oktyabr 2026 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















