İran ABŞ yə xəbərdarlıq etdi “Adekvat reaksiya verəcəyik”
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
İran ordusu ABŞ-nin tətbiq etdiyi dəniz blokadasına qarşı sərt bəyanat yayaraq, Hörmüz boğazı ətrafında hərbi qarşıdurma anonsu verib.
“Qafqazinfo” “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahı rəsmi məlumat yayıb.
Bəyanatda bildirilir ki, ABŞ-ın İrana qarşı dəniz blokadası davam edəcəyi təqdirdə, İran ordusu buna güclü və adekvat reaksiya verəcək.
Qərargah İranın Hörmüz boğazı üzərindəki nəzarətini qorumaqda qətiyyətli olduğunu vurğulayıb. Rəsmi Tehran ölkəyə qarşı istənilən yeni hücum və ya blokada cəhdinə hərbi yolla cavab verməyə tam hazır olduqlarını bəyan edib.
Xatırladaq ki, son günlər ABŞ və İran arasında diplomatik və hərbi gərginlik pik həddə çatıb. Vaşinqtonun İran limanlarına tətbiq etdiyi dəniz blokadası bölgədə neft nəqlini və qlobal ticarəti təhlükə altına qoyub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 25 Aprel 2026 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















