Icma.az
close
up
RU
İran Ağ Evin “qırmızı xətləri”ni KEÇDİ “ABŞ ın müdaxiləsi qaçılmaz olacaq...”

İran Ağ Evin “qırmızı xətləri”ni KEÇDİ “ABŞ ın müdaxiləsi qaçılmaz olacaq...”

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Birləşmiş Ştatların İsrail ilə İran arasında tammiqyaslı hərbi əməliyyatlara birbaşa qoşulması ehtimalı aşağıdır. Yalnız müəyyən “qırmızı xətlər” keçildiyi halda bu ehtimal dəyişə bilər”.
Bu fikirləriBizim.Media-ya açıqlamasında amerikalı analitik, təhlükəsizlik eksperti İrina Tsukerman deyib.
İran-İsrail müharibəsi və ABŞ-nin münaqişədəki mümkün iştirakı barədə danışan analitik, Vaşinqtonun dolayı yollarla gərginlikdə iştirak etdiyini deyib:

“Tramp administrasiyası dövründə Vaşinqton daha çox transaksional və maraq-yönümlü xarici siyasətə yönəlib və açıq, ucu görünməyən hərbi öhdəliklərdən uzaq durmağa çalışır. Bununla belə, müəyyən strateji və siyasi hədlər var ki, onlar ABŞ-ni daha fəal şəkildə münaqişədə iştirak etməyə vadar edə bilər. Ən önəmlisi, İran tərəfindən İraqda, Suriyada və ya Körfəz bölgəsindəki ABŞ bazalarına qarşı genişmiqyaslı hücumlar baş verərsə, ABŞ-nin ölçülüb-biçilmiş, lakin güclü cavabı qaçılmaz ola bilər. Həmçinin, İran Hörmüz boğazını bağlamağa cəhd edərsə və ya neft infrastrukturlarına hücumlar vasitəsilə qlobal enerji bazarına ciddi zərbə vurarsa, ABŞ-ın müdaxiləsi ehtimalı artır. Amma bu, ehtimal ki, ABŞ-ın quru qoşunlarının birbaşa müdaxiləsi yerinə hava və dəniz əməliyyatları ilə məhdudlaşacaq”.
Vaşinqtondakı daxili siyasi kontekst də ABŞ-nin mövqeyini formalaşdırır.
Tsukerman hesab edir ki, Tramp administrasiyası regional təhlükəsizlik hədəfləri, xüsusilə İranının nüvə proqramının qarşısının alınması məsələsində İsraillə daha uyğun mövqe sərgilədiyini nümayiş etdirib:

“Tramp administrasiyası bu münaqişəni Orta Şərqdə çəkindiriciliyi bərpa etmək, Amerikanın liderliyini təsdiqləmək və İranın aqressiyasından narahat olan Körfəz ölkələri ilə əlaqələri gücləndirmək üçün geopolitik imkan kimi görə bilər. Lakin ABŞ-ın tammiqyaslı hərbi müdaxiləsi yalnız İsrailin varlığına real təhlükə yarandıqda, məsələn, Tel-Əvivə qarşı koordinasiyalı raket hücumları və ya nüvə eskalasiyası, o cümlədən İran Hizbullahı aktivləşdirərək Livanda ABŞ müttəfiqlərini təhdid etdikdə baş verə bilər. Belə bir halda, Vaşinqton kəşfiyyat paylaşımı, kiber əməliyyatlar, logistik dəstək və raket əleyhinə müdafiə inteqrasiyası vasitəsilə geniş hərbi yardım göstərə bilər. Lakin ABŞ bu ssenaridə belə quru qoşunlarını bölgəyə yerləşdirməkdən çəkinəcək”.
Eyni zamanda, ABŞ-ın cavabı mümkün eskalasiyanın daha geniş regional müharibəyə çevrilməsi qorxusundan da təsirlənə bilər:
“Tramp administrasiyası daxili siyasi vəziyyətə də həssas olacaq və öz rolunu həm İsraili dəstəkləyən, həm də yeni bir Yaxın Şərq bataqlığından qaçan güclü vasitəçi kimi təqdim etməyə çalışacaq. Bununla belə, bu mövqe İran tərəfindən “qırmızı xətlər” aşılarsa, məsələn, ABŞ hərbi obyektlərinə birbaşa raket zərbələri və ya İranın nüvə silahı əldə etməyə yaxınlaşması ABŞ-ın ağır cəza zərbələri endirməsi ehtimalını istisna etmir.

Qısası, ABŞ artıq dolayı şəkildə münaqişədə iştirak edir və ehtiyac yaranarsa, öz maraqlarını və regional çəkindiriciliyi qorumaq üçün prosesdə iştirakını dərinləşdirəcək. Lakin Amerika İraq müharibəsi tipli bir quru əməliyyatına cəlb olunmaqdan qaçacaq”, - deyə İ.Tsukerman əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 İyun 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri