Icma.az
close
up
RU
İran Amerika ilə əməkdaşlığa gedəcək?

İran Amerika ilə əməkdaşlığa gedəcək?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Tramp Hörmüz boğazını İranla birlikdə idarə etməyə maraqlıdır. O bunun üçün ortaq şirkət yaradılmasını və payların bölünməsini təklif edə bilər”.

Bu barədə "The Wall Street Journal" qəzeti məlumatlı mənbələrə istinadən xəbər verib.

Bildirilir ki, hazırda Ağ Evdə bu məsələlər ətrafında müzakirələr aparılır:

“Bu faktiki Hörmüz boğazında azad naviqasiyanın sonu ola bilər. Eyni zamanda Tramp İran neftinin bir hissəsinə çıxış əldə etmək istəyir. Bu ABŞ-a İranın enerji bazarında söz sahibi olmağa imkan verə bilər. Tramp bundan əlavə İranın mis yataqlarına yatırım etmək və bunu da ortaq şirkətdə birgə idarə etməyi planlaşdırır”.   

Maraqlıdır, ABŞ və İran bu məsələlərdə birgə əməkdalığa razı ola bilər, yoxsa bu, iluziyadır? Trampın İrana qarşı hücumları məhz bu hədəflərə istiqamətlənib?

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Rufiz Hazfizoğlu “Cebheinfo.az”-a şərhində qeyd edib ki, ABŞ-dən yaxşı təkliflər gələrsə, Tehran Vaşinqtonla razılaşmaya gedə bilər:

“Məsələ ondan ibarətdir ki, Trampın İranla bağlı tələbləri tez-tez dəyişir. Çıxışlarında gah Hözmüz boğazı, gah İranın mis yataqları, gah da İranla enerji əməkdaşlığına toxunur. Bu da haradasa, İran hakimiyyətini cəsarətləndirən bir addımdır.

Tehranda hesab edirlər ki, ABŞ-nin daxili, xarici və enerji təhlükəsizliyi siyasətində İranla bağlı ciddi fikirayrılıqları mövcuddur. Belə desək, Trampın son hərəkətləri sözün həqiqi mənasında İranı cəsarətləndirib”. 

Ekspert hesab edir ki, Vaşinqton İranla anlaşmaq istəyir:

“Amma Vaşinqton hər zaman bir əlində kökə, bir əlində sopa  tutub. Ağ Ev İranla bu siyasəti yürütmək istəyir. Yəni Vaşinqton Tehrana mesaj ötürür ki, mənim şərtlərimə razı olsan, səninlə müəyyən əməkdaşlığa gedəcəm, yox əgər şərtlərimlə razı olmayacaqsansa, səni yer üzündən siləcəm. Ancaq İran hakimiyyətinin bu kimi çağırışlara və təhdidlərə immuniteti var”. 

R.Hafizoğlu, həmçinin vurğulayıb ki, İran əlverişli şərtlər əsnasında ABŞ-la əməkdaşlığa gedə bilər:

“Müharibədən əvvəl belə hesab edilirdi ki, İranın siyasi elitasında ABŞ-la bağlı vahid mövqe var. Halbuki müharibənin gedişatında İranda baş verən sui-qəsdlər və digər hadisələr onu deməyə əsas verir ki, İranın siyasi elitasında olan şəxslər heç də vahid mövqedən çıxış etmirlər.

İran hakimiyyəti daxilində ABŞ ilə dialoq marağında olanlar ilə radikal düşüncə sahibləri arasında fikirayrılıqları var. Hesab edirəm ki, əgər ABŞ-dən yaxşı təkliflər gələrsə, Tehran Vaşinqtonla razılaşmaya gedə bilər. İran hakimiyyəti maksimum özünü baha satmağa çalışır və Vaşinqtondan fərqli təkliflər gözləyir. 

İran İslam dünyasının dərdini çəkir, bunlar tamamilə boş fikirlərdir. İranın İslam dünyasının dərdini çəkmək niyyəti yoxdur. İran üçün əsasən öz milli maraqları önəmlidir. Hazırkı proseslərdə kim qalib gələcək bunu yalnız zaman göstərəcək”.

Yunis Abdullayev
“Cebheinfo.az”

Açar sözlər: İran-ABŞ Rufiz Hazfizoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Mart 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri